uzunomurlu

Uzunömürlü olmaq üçün hansı qidalardan imtina etməliyik?

Baxış sayı: 2. 096

ABŞ tədqiqatçıları erkən ölüm riski ilə dənli bitkilərin qəbulu arasında birbaşa əlaqə tapıblar. Məlum olub ki, taxıl orqanizmdə xolesterinin səviyyəsini azaldır və insultun qarşısını alır. Tədqiqat üçün dənli bitkilərin əsas üç növü götürülüb.Tədqiqatın nəticələri alimləri eyni fikrə gətirib. Onlar bildiriblər ki, gündəlik yulaf, buğda və çəltik qəbul edən insanlarda ürək-damar xəstəliklərini və xərçəngi xeyli azaltmaq olar.

Ekspertlərin fikrincə, dənli bitkilərdən istifadə etməyən insanlarda erkən ölüm qaçılmaz olur. Hər gün müntəzəm şəkildə az da olsa, düyü və ya yulaf sıyığı yeyən insanlarda isə ölüm ehtimalı 7% azalır. Yemək 3 dəfə artırılarsa, ölüm riski də 20% azalır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir