ders

Valideynlər öz amplualarındadırlar: Xəyal qırıqlığını ağır ödədirlər

Baxış sayı: 412

“Ali məktəblərə daxil olmayan uşaqların valideynləri yenə öz amplualarındadırlar”.

Bu sözləri psixoloq Vəfa Əkbər valideynlərin universitetə qəbul ola bilməyən uşaqlarına göstərdiyi təzyiqlərdən danışarkən dedi.

O vurğulayır ki, yaşadıqları xəyal qırıqlığını uşaqlarına çox ağır ödədən ana-atalar da var:

“Övladına onların haqqının, əməyinin qarşılığını vermədiyini deyərək, digər yaşıdları ilə müqayisə edirlər. Uşağı aldığı xəbərdən daha çox məyus duruma salmağa çalışırlar. Təbii ki, bu, hər kəsə aid deyil. Amma müsbət nəticə mesajı almayan ailələrin əksəriyyətindəki vəziyyətdə belədir. Bu gün tələbə adını qazanmayan abituriyentlərin psixologiyası yerində deyil. Böyük ehtimalla onların hətta gələn ilə hazırlaşma motivasiyası da çox aşağıdır. Halbuki istədikləri peşə, ixtisas varsa, niyə oraya yenidən cəhd etməsinlər?! Lakin işlədilən sözlər, ifadələr, baxışlar, atmacalar uşaqların əsəb və psixologiyasını tamamilə pozur. Nəticədə demotivasiya olurlar. Ruhdan düşüb, depressiv hisslər yaşayırlar”.

Qeyd edək ki, ali təhsil müəssisələrinə bakalavriat səviyyəində aparılan müsabiqənin nəticələri açıqlanıb. Sosial şəbəkələr sevinc dolu paylaşımlarla göz oxşayır. Hamımız dost-tanışın müsbət nəticələrinə sevinirik. Lakin təəssüf ki, universitetlərə qəbul olmayan bəzi abituyentlərin valideynləri övladlarına basqı göstərirlər.

 

Sücayət Mehti




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir