almara Melikova

“Valideynlərin sərt rəftarı övladlarının böyük səhvlər buraxmasına səbəb ola bilər”

Baxış sayı: 3. 650

Yeniyetməlik yaş dövrü hər bir fərdin həyatında həm önəmli, həm də çətin, böhranlı yaş dövrüdür. Uşaqlıq və gənclik dövrü arasında “keçid”, “böhranlı yaş “ dövrü sayılan yeniyetməlik çağında psixoloji və bioloji dəyişikliklər özünü qabarıq şəkildə biruzə verir. Həm yeniyetmə, həm də valideynlər üçün səbrli olmağı tələb edən ,çətin olan bu dövrdə nələr baş verir, bu dövrün əsas xüsusiyyətləri nələrdir?

Beləliklə, suallarımızı psixoloq Almara Məlikova cavablandırır.

 

– Almara xanım, yeniyetməlik hansı dövrləri əhatə edir?

-Psixoloqlar yeniyetməlik dövrünün 11 -18 yaş aralığında olduğunu təyin etsələr də , Azərbaycanda yeniyetməlik yaş dövrünün 9 yaşından 19-20 yaşlara qədər olduğunu müşahidə edirik. Bu dövrdə uşaqlar həm psixoloji olaraq, həm də biloliji dəyişikliklərə məruz qalırlar.

Yeniyetməliyin göz ilə görünən əsas göstəricilərindən olan boyun uzanması, çəkinin artması və ya azalması,üz cizgilərində kobudlaşma(əsas oğlanlarda)qız və oğlanlarda qoltuqaltı və genital bölgədə tüklənmə, dəridə yağlanma, sızanaqlar , tər ifrazatının artması, əzələlərin inkişafı, səsin qalınlaşması və.s kimi proseslər isə bialoji dəyişikliklərdir.

Bilirik ki, ilk öncə məktəbə başlayan uşaq yeni mühitə düşür, çətin dərs materialları ilə qarşılaşır, müəyyən qaydalar çərçivəsində hərəkət etməyə məcbur olur. Və bununla yanaşı o həm öz yaşıdları ilə, həm də özündən böyüklərlə münasibətlər formalaşır. Yeniyetmə zaman keçdikcə müstəqilliyə can atır və bu da onu arzuladığı həyat tərzi yaşı ilə uyğun olmur və bu zaman psixoloji dəyişikliklər baş verir.

Almara Melikova

– Adətən, yeniyetməlik dövründə qeyri- sabit duyğular baş qaldırır. Bu nə ilə əlaqədardır?

– Onlar qısa vaxt ərzində emosional dəyişiklik yaşaya bilirlər. Yeniyetmələr az əvvəl enerjili olduqları halda, bir az keçmiş özlərini yorğun hiss edə bilirlər. Duyğularını yüksək formada yaşayırlar. Mimikalardan, əl–qol hərəkətlərindən çox istifadə edirlər. Onlar xəyallar qurmaq, reallıqdan uzaq olmağa çalışırlar. Eyni zamanda əks cinsə bağlı xəyalları daha güclü olur. Bu dövrdə onlara sual vermək, sıxmaq olmaz.

 

–Yeniyetməlik çağlarında uşaqlarda aqressiya, aqressiv davranışlar tez-tez müşahidə edilir. Səbəb nədir?

-9 yaşdan sonra cinsi yetişkənlik yaşı başlayır və istər hormonların, istərsə də yeniyetməlik dönəminin verdiyi təsirlər sayəsində onlar kiçik bir şeydən belə qıcıqlana və aqressiv reaksiya göstərə bilərlər. Bu dönəmlərdə çevrəsinə, ailəsinə qarşı etiraz etmə, qarşı çıxma, onların fikrinə əks getmə kimi davranışlar da sərgiləməyə başlayırlar. Aqressiv davranışlar yeniyetmələr arasında yayılıb və zamanla daha da artmaqdadır. Eqoizm, ətrafdakıların hislərinə laqeydlik, neqativ davranışlar da yeniyetməlik dövrünün xüsusiyyətlərindəndir.

 

– Yeniyetmələrdə depressiv hallar tez-tez müşahidə olunur. Bunun səbəbi nədir?

-Bu hal daha çox özünə inamı az olan, xəyalları ilə real həyatı uzlaşmayan yeniyetmələrdə daha çox rast gəlinir.

Çox zaman özgüvən problemi, əks cinslə yaşadığı problemlər, ailə və məktəbdaxili problemlər də yeniyetmələrin depressiya yaşamasına səbəb olur. Bu depressiyalar qısamüddətli olur və yeniyetmə özünü kədərli hiss etsə də , bu onun günlük həyatını davam etməsində ciddi narahatlıq yaratmır. Uzunmüddətli depressiyalarda isə yeniyetmə özünü tamamilə dəyərsiz, “bir heç” kimi hiss edir. Bunun səbəbi çox şey ola bilər: emisional aclıq, yaxınları tərəfindən dəyərsizlik hissi, ölümə maraq hissi, özünü tənha hiss etməsi, uşaqlıqdan gələn sevgisizlik, itkilər, ayrılıq və.s.

 

-Yeniyetməlik yaş dövrünün əsas xüsusiyyətlərindən biri də onların təkliyə meyilli olmasıdır.Bəs bunun səbəbi nədir?

-Təkliyi sevməkləri təklikdə(öz intim zonanın yaranması tələbatı) bəzən qayğılı valideynlər tərəfindən səhv başa düşülür. Onlara elə gəlir ki, övladlarında bir problem var və buna görə də həm narahatlıq keçirirlər , həm də onlara təzyiq göstərirlər.

Əslində istisnaları çıxmaq şərti ilə bu onların özlərini daha yaxşı tanımağa, arzu, istəklərini düşünməyə şərait yaradır.

Almara Melikova 4

-Bu dövr onlarda adətən “mənin” formalaşması dövrüdür.Bu dövrdə valideynlər övladları ilə necə rəftar etməlidir?

-Valideynlər bu dövrdə hər şeydən əvvəl yeniyetmə övladını anlamağa və övladına onun dəyərli olduğunu hiss etdirməyə çalışmalıdır. Valideynlər övladlarına hörmətlə yanaşmalı, bəzən onların özünə aid məsələlərdə məsləhətləşməli, anlayışla, dostcasına rəftar edərək səbrli olmalıdırlar. Əsas da övladlarına güvən hissi ötürməlidirlər. Valideynlər bu hissi övladlarına yaşatmaq üçün söz və davranışlarına diqqət etməlidir. Əgər yeniyetmə bu duyğuları ailədə hiss etməsə, bunu digər insanlarda və yaxud da qruplarda axtarmağa başlayacaq. Ailədaxili mövzularda yeniyetmələr kənarlaşdırmamalı, əksinə onların da düşüncələrinə diqqət etməlidirlər.

İstənilən mövzularda yeniyetməni aktiv dinləməli və ortaq məxrəcə gəlinməlidir.

Əksər hallarda valideynlər yeniyetmələrlə dostcasına söhbət etmək istəyəndə, onları qarşılarına alıb saatlarla nəsihət verirlər. Amma nəsihətlər(danlamaq,təmbeh)çox vaxt işə yaramır, sadəcə yeniyetmə valideynini dinləyir. Bu isə hər hansı bir problemin həlli deyil.

Yeniyetmənin dostları tənqid olunmamalı, valideynlər əvvəl övladlarının dostlarını tanımağa çalışmalı və bunu onlara hiss etdirməməlidir. Əgər tanıdıqdan sonra onun dostlarının uyğun olmadığını düşünürsüzsə, onda yeniyetmə ilə açıqlama verərək danışın.Amma heç bir halda tanımadan onun dostunu tənqid etmək valideyni haqsız bir vəziyyətə gətirə bilər. Valideynlər övladlarını sevir, lakin bunu onlara deməyin lazımsız olduğunu düşünürlər.Əksinə butün yaş dövründə uşaqlar valideynlərindən sevgini duymaq, görmək istəyirlər, xüsusilə də yeniyetməlik dövründə…

Almara

– Günümüzün ən aktual problemlərindən biri də intihardır.Valideynlər övladlarını bu bəladan qorumaq üçün necə davranmalıdır?

-Çox təəssüf ki, bu gün yeniyetmələr intihara daha çox meyillidir. Həyatına son qoymaq istəyən on yeniyetmədən yeddisi öz planları barədə bölüşürlər. Bir çox hallarda bu barədə danışan yeniyetmələrin çoxu zarafat etmirlər.

Bununla belə ətraf onların dediklərini ciddiyə almır, “o zaraf edir”, “ o diqqəti cəlb etmək” üçün belə edir deyə düşünülür. Qeyd etmək lazımdır ki, yeniyetmələrin intihar cəhdlərini şərtləndirən əsas amillərdən biri də onlarda öz valideynləri və həmyaşıdları ilə şəxsiyyətlərarası münasibətlərin pozulmasıdır. Aparılan araşdırmalarda da məlum olub ki, valideyn ilə övlad arasında boşluq, valideynlərin müntəzəm olaraq öz övladlarının psixoloji durumu ilə maraqlanmaması və yeniyetmənin valideyn imkanlarını aşan aşırı istəkləri aktual problemlərdəndir.

Yeniyetmələrin inkişafında ailə tərbiyəsinin xüsusi yeri var. Ailədə uşaqların formalaşmasında başlıca rolu onun ən yaxın adamları olan valideynlər oynayırlar. İnternet oyunları, filmlər uşaqları bəzən macəra axtarmağa vadar edir. Valideynlər çalışmalıdır ki, uşaqlar günün böyük hissəsini internet qarşısında keçirməsinlər. Valideynlər övladları ilə dost olmalıdır. Övladlarını kiçik bir səhvini böyütməməlidirlər. Onların övladlarına qarşı sərt rəftarı uşaqlarının qıraqda adi bir şirin sözə allanıb böyük səhvlərin buraxmasına səbəb ola bilər.

 

Mehin Mehmanqızı

Almara Melikova 2

 




17 şərh ““Valideynlərin sərt rəftarı övladlarının böyük səhvlər buraxmasına səbəb ola bilər”

  1. Psixoloq Könül

    İnsanlar inkişafın heç bir dövründə bu qədər sıx qarışıqlıq və problemlərlə qarşılaşmaz. Bu səbəbdən yeniyetməlik dövrünü bir xaos – üsyan dövrü olaraq da adlandıra bilərik.

    Cavabla
  2. Ənvər Qiyasov

    Yeniyetməlik dövrü hamımızın həyatında şübhəsiz ki, ən böyük
    dəyişikliklərdən biri olub. Bu dövrdə baş verən dəyişikliklər çox istiqamətli
    xarakter daşıyır. Gözlə görünən fiziki dəyişikliklərlə bərabər, psixoloji dəyişikliklər də özünü göstərir.

    Cavabla
  3. Gunel Ali

    Bu saytu coxdan izleyirem. İlk defedir bu xanimla bagli yazi gorurem amma maraqla oxudum. Tesekkurler

    Cavabla
  4. Huseyn Meherremli

    Mence sirf bohranli donemdir deye yeniyetmelerin bu dovrunde psixoloqdan yardim almaq lazimdir. Bu baxımdan faydali oldu bu musahibe. Tesekkur edirem mutexessise de. sayta da

    Cavabla
  5. Sevinc Axmedova

    Yeniyetməlik dövrü valideynlər üçün ən narahat dövrlərdən biridir. Bəzi yeniyetmələrin valideynləri uşaqlarının aqressiv, kobud, bədbin, yalançı olmasından şikayətlənirlər. Uşağın yeniyetməlik dövrü ailənin ona yanaşma tərzindən çox asılıdır, bu mənada valideynlərin maariflənməsi vacib və aktual məsələdir. Bu baxımdan faydalı yazıdır. Təşəkkürlər.

    Cavabla
  6. Suleyman Agayev

    Yeniyetməlik dövründə yaranmış bir sıra psixi problemlər, o cümlədən özünəinamsızlıq, özünəqapanma halları, sosial fobia gələcək illərdə geri dönüşü olmayan böyük psixoloji travmalara aparıb çıxarır. Bu səbəbdən psixoloqların maarifləndirməsinin yerinə düşdüyün demək olar. Şəxsən mənə faydası dəydi.

    Cavabla
  7. Punhan Aslanov

    Yeniyetməlik dövrü öz həssaslığı və çılğınlığı ilə seçilir. Ona görə də həmin dövrdə övladı çox danlamaq, hər xırda məsələyə görə onu qıcıqlandırmaq olmaz. Həmçinin yeniyetmənin şəxsiyyətinə istiqamətlənən təhqir və onu idarə etməyə çalışmaq valideynlərin ən böyük səhvidir. Ona uzun-uzadı öyüd-nəsihət verməkdənsə sadəcə məlumatlandırmaq lazımdır.

    Cavabla
  8. Validə Şamilova

    İlk növbədə, valideyn onun böyüdüyünü dərk etməli, uşağa qarşı əvvəlki münasibət və davranışı dəyişməlidir. Təbii ki, ən böyük iş ata və ananın həmin dövr üçün yaranmış bəzi problemlərin həllinə sevgi və duyğu ilə, ünsiyyət və səbirlə yanaşılmalıdır. Yeniyetmələri dinləmək, onları anlamağa çalışmaq, özlərini tanımaları üçün fürsət vermək lazımdır”.

    Cavabla
  9. Cəmil Acalov

    Yeniyetməlik çağını yaşayan uşaqlar ən çox bir səbəbdən özünəqapanma halını yaşayırlar – valideynləri onlara qarşı güvənsiz davrananda. Valideyn qətiyyən öz yeniyetmə övladına “sən nə bilirsən?!”, “sən hələ uşaqsan!” və s. kimi sözlər işlətməməlidir. Bu, birbaşa şüuraltı travmalara yol açacaq ifadələrdir. Yeniyetməlik dövrü şüuraltına təsir üçün ən ideal mərhələ hesab olunur, Necə deyərlər, gələcəyin bir şəxsiyyətini yetişdirmək də, məhv etmək də məhz bu mərhələdən başlayır.

    Cavabla
  10. Nuranə Əliyeva

    Bütün valideynlər uşaqlarına həyatda ən yaxşı imkanları bəxş etmək istəyirlər. Ancaq aqressiv və sərt valideynlik metodları əks-nəticələr verə bilər. Belə yanaşma uşaqları həmyaşıd təzyiqləri qarşısında zəiflədə və məktəbdə qiymətlərin pisləşməsinə yol aça bilər.

    Cavabla
  11. Bextiyar

    Heç şübhəsiz, tərbiyənin uşaq inkişafındakı rolu danılmazdır. Amerikalı alimlərin fikrincə tərbiyə ilə zəhm arasındakı fərqin tanınması istər valideynlər, istərsə də övladların xoşbəxt yaşayışında mühüm rol oynaya bilər.

    Cavabla
  12. Tamasa Qelender.

    Xanimin uzunde bir nur var sanki. Elə bil insanlarla uşlemek ucun yaradilib. Esl psixoloq sifetidir.

    Cavabla

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir