burc

Xəyanətə ən çox məruz qalan bürclər

Baxış sayı: 441

İnsanlar doğulduğu bürclərə görə, xarakterə sahib olur. Bəziləri aldadır, bəziləri aldanır. Bu xarakter məsələsidir. Xarakter isə, bürclərə uyğun formalaşır.

Məsələn, hər şeyə laqeyd olan Dolça bürcü həm aldanır, həm aldadır. Ən çox aldadan bürclər haqqında danışmışdıq. Bu dəfə sizə ən çox aldadılan bürclər haqqında danışacağıq.

Xəyanət etmək və aldadılmaq insan təbiətinə xas bir vəziyyətdir. Heç kim “mən aldatmaram və ya aldanmaram” deməməlidir. Vacib olan bu hadisədən sonra toparlanıb əvvəlkindən də güclü ola bilməkdir.

 

Ən çox aldadılan bürclər hansıdır?

burc

Buğa bürcü

Sevdiyi zaman son dərəcə israrlı olan Buğa bürcünün gözü, sevdiyindən başqa heç kimi görməz. Birinə aşiq olduğu zaman onu xoşbəxt edə bilmək üçün əlindən gələni edər, hər şeyindən keçər.

“Məhəbbətin gözü, kor olar” deyiblər. Buğalar da sevdikləri zaman həqiqətləri görə bilməz – “kor” olarlar. Sevdiyini itirməmək üçün hər şeyi edə biləcəkləri üçün pis bir münasibəti də davam etdirməyə can atarlar. Bu da aldadılması ilə nəticələnər.

 

Şir bürcü

Şir bürcünün özünə olan inamı çox zaman səhv yola düşməsinə səbəb ola bilər. Çox zaman Şir bürcü özünü olduğundan daha üstün hesab edər. Buna görə də ondan daha yaxşılarının olduğunu qəbul edə bilməzlər. Onlara elə gəlir ki, əvəzedilməzdilər. Belə düşündükləri üçün, reallığı görmədikləri üçün çox aldanırlar. Aldadıldığını bilən zaman çox gec olur.

 

Qız bürcü

Bəli, gözəl ürəkli Qız bürcü də aldadılır. Qız bürcü sevdiyi zaman hər şeyi münasibətinə qurban edə bilir. Həyatı nizamlı sevən Qızlar, çox zaman münasibətində monotonluq yaradır. Bu vəziyyət isə, partnyorunun yeni axtarışlara başlamasına səbəb olur. Beləcə, Qız aldanır. Həyat düzəni pozulmadığı müddətdə, Qız bürcü hər şeyin yolunda getdiyini düşünür.

 

Dolça bürcü

Dolça bürcü üçün ailə önəmlidir. Yeniliyi sevən bürclərdən olan Dolça, ənənəvi olanı sevir və davam etməsinə çalışar. Yeni axtarışlarda, yeni kəşflər arxasınca qaçdığı üçün münasibətində yolunda olmayan tərəflərin düzəltməyə çalışmır, həyatı axışına buraxır. Axışına buraxmaq isə, Dolçanın aldadılması ilə nəticələnir. Dolça biganəliyinə, laqeydliyinə görə aldanır.

 

Xərçəng bürcü

Xərçəng bürcü evindən bir az kənara çıxmağı yoxlasa, daha çox şey öyrənə bilər. Ancaq xərçənglər, gizli qalmağı sevirlər. Xərçəngin ətrafa maraqlı parntyoru varsa, bir müddət sonra onun evə bağlılığı partnyorunu boğa bilər. Xərçəngdən bezən partnyoru, yeni eşq axtarışına çıxa bilər.

 

Oğlaq bürcü

Oğlaq bürcü, adətlərinə bağlı və qaydalara əməl edən biridir. Yaşadığı cəmiyyətin qaydalarına uyğunlaşmağa çalışar. Əgər kənardan görünən hər şey Oğlaqın istədiyi kimidirsə, başqa detallarla beynini yormaz. Sevdiyini etiraf etməkdə çətinlik çəkən Oğlaq, partnyoruna maddi baxımdan yaxşı baxır. Bu da münasibətin həyəcanını öldürər. Partnyoru daha həyəcanlı eşqlərin arxasınca qaçar…

Siz hansı bürcsünüz, aldadan, yoxsa aldanan?

 

İlahin Zaman




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir