xinayaxdi

Xına mərasimin toy zamanı təşkil edilməsi düzgündürmü?

Baxış sayı: 857

Son bir neçə ildə toylarda belə bir tendensiya yaranıb. Toy mərasiminin ortasında bir də görürsən milli geyimdə qızlar, gəlinlər keçir ortalığa, başlayırlar  xınayaxdı mərasimi keçirmməyə. Hətta bəzən 1 saatadək xına yaxılır, “holavar” , “haxışda” deyirlər. İşin maraqlı tərəfi odur ki, qadınlar belə əylənərkən kişilər qalır bir kənarda. Yarım saat, bir saat gözləyirlər ki, proses qurtarsın. Əvvəllər yalnız qadınların iştirak etdiyi xınayaxdı üçün ayrıca gün təyin olunurdu. İndi bir  neçə saatın içərisinə həm toyu həm  xınanı hətta nikah mərasimini də həyata keçirirlər.

XINA

 

Ümumiyyətlə, xına mərasimin toy zamanı təşkil edilməsi nə dərəcədə düzgündür, buna adi hal kimi yanaşmaq lazımdır yoxsa ləğv etmək?

ebdul mahmudov

Məsələ ilə bağlı əməkdar incəsənət xadimi, rejissor, ssenarist, aktyor Əbdül Mahmudov aşağıdakıları dedi

“Necə ki, toydan əvvəl  kişilər yığışıb məsləhət edərdilər, xına da onun kimi toydan əvvəl olan bir mərasim idi. İndi deyəndə ki, niyə toyda xına təşkil edirsiniz  bunu əvvələ salmırsınız, deyirlər ki, ay vaxtımız olmur, zaman azdır. Anlamırlar ki, bu etdikləri tariximixə, mənəviyyatımıza zidd olan məsələdir.  Əgər vaxtın yoxdursa onda  xına mərasimi eləmə, yoxsa ki, qadın məclisini kişilərin arasında niyə edirsən”.

Bir də görürüsən xına bitir, bu dəfə də toyun ortasında nikah mərasimi keçirirlər.

“Bütün hər şey təşkil olunur, toyun ortasında soruşurlar ki, evlənməyə razısınız? Təbii ki, onlar yox deməyəcək. Axı bunun bir doğru qaydası var.   Ağsaqqallar əvvəlcədən elçi gedir, razılaşma olur.  Bu kimi yeni qaydalarla əslində biz öz adət ənənəmizə  zərbə vururuq.  Söhbət ondan getmir ki, xına mərasimini kişilərin yanında etmək ayıbdır,bunu o baxımdan pis qiymətləndirirəm. Yox, qadınlarımız tarixən də kişilərlə bərabər, çiyin-çiyinə olub. Sadəcə adət-ənənəmizə düzgün riayət elmək lazımdır. Xına mərasimi kişilərdən aralı, qadınlarla bir yerdə keçirilməlidir”.

Nazile Seferli

Tanınmış xınayaxdı təşkilatçısı, şairə Nazilə Səfərli deyir ki, kişilər toyda  xına mərasimini o halda pis qarşılayırlar ki, xınanı təşkil edən adamın kim olduğunu bilmirlər.

“Bəzən elə şəxslər xına həyata keçirir ki, qonaqların hamısının əsəbi pozulur. 30, 50 manata xınayaxdı aparırlar bütün məqsədləri də şirinlik yığmaq olur. Bu da toya gələn insanları bezdirir. Xınayaxdını elə təşkil etmək lazımdır ki, kişilər sıxılmasın. Xüsusilə, qadını yanında olan kişilər xınada qətiyyən sıxılmır”.

Nazilə Səfərli deyir ki, toya kişilərin tək gəlməsinə etirazım var, pis baxıram.

“Yaxşı kişisənsə, toya yoldaşınla gəl. Daha toyda onun-bunun həyat yoldaşına niyə baxasan ki. Mən bu halı düzgün hesab etmirəm”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir