xosbextlik

Xoşbəxt olmaq niyə bu qədər çətindir?

Baxış sayı: 654

Bədbəxtlik sizə xoşbəxtliyin verə bilmədiyi çox şeyləri verir. Əksinə, xoşbəxtlik sizdən çox şeyləri alır. Xoşbəxtlik səni məhv edir bədbəxtlik isə sizin eqonuzu əzizləyir. Problemlərin kökü də elə burdadır. Bu səbəbdən insanlar xoşbəxt olmaqda çətinlik çəkirlər. Buna görə də dünyada milyonlarla insan səfalət içində yaşayır, daha doğrusu səfalət içində yaşamağı seçiblər. Çünki bu sizə kristallaşmış bir eqo verir.

Bədbəxtlik sizin xüsusi biri olduğunuzu düşündürür və sizə diqqəti özünüzə çəkmək imkanı verir. Nə vaxt bədbəxt olsanız, qayğınıza qalan, sizə rəğbət bəsləyənlər olur. Qısa desək, bu halda sevilirsiniz. Bədbəxt bir insanı kim incitmək istəyər? Bədbəxt bir insana kim paxıllıq edər? Bədbəxt bir insana kim düşmən olmaq istəyər?

Xəstələnəndə, depressiyaya düşəndə, əhval-ruhiyyəniz olmayanda dostlarınız sizi ziyarətə gəlir, təsəlli verir, dəstək olurlar. Sən xoşbəxt olanda isə həmin dostların paxıllıq edərlər. Sanki insan xoşbəxt olanda bütün dünya ona qarşı çevrilir.

Bəzən deyirlər ki, xoşbəxt insanı heç kim sevməz, çünki xoşbəxt insan başqalarının eqolarını incidir. Belə vəziyyətdə insanlar: “Biz hamımız bədbəxt olduğumuz halda sən necə xoşbəxt ola bilirsən?”- deyə düşünərlər.

Buna görə də dünyada özünü bədbəxt hesab edənlərin sayı çoxluq təşkil edir. Ona görə də bədbəxt olmaq daha asandır, bu, sizi kütlənin bir hissəsi edir.

Bütün halda xoşbəxt olmağa çalışın. Unutmayın ki, özünüz üçün yaşayır və özünüz üçün xoşbəxt olursunuz.
Aysel Bayramova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir