CASUS

Yandırılan, elektrik stoluna bağlanan və asılan agentlər – MARAQLI FAKTLAR

Baxış sayı: 727

Casusluq hər kəsə ədəbiyyat və kino vasitəsilə tanış olan gizli və təhlükəli bir peşədir. Casuslar bir-biriləri ilə mübarizə aparan ölkələr üçün çox vacibdir. Onların çoxu pul üçün çalışırlar. Lakin içərilərində vətən üçün casusluq edənləri də az deyil. Bundan əlavə, casuslar eyni zamanda qəhrəman və cani elan olunurlar. Bu, filmlərdə olduğu kimi, həyatda da belədir.

Beləliklə, tarixin ən məşhur casusları haqqında maraqlı bilgiləri təqdim edirik.

1-Belle-Boyd

İzabella Boyd

Belle Boyd kimi tanınan Izabella Boyd Amerika vətəndaş müharibəsi dövründə Konfederasiya ordusu üçün əhəmiyyətli bir casus olub. Atasının otelini əməliyyatların qərargahına çevirib və sevgilisi ondan imtina edənə qədər Konfederasiyalara xidmət etməyə davam edib. Töhfələrinə görə dəfələrlə təltif edilib. Boyd 1862-ci ildə həbs olunub və bir ay həbsxanada qalıb. Sərbəst buraxıldıqdan sonra İngiltərəyə gedib və 1900-cü ildə orada vəfat edib.

2-nathan-hale-hanging

Nathan Hale

“Ölkəm üçün itirəcəyim tək bir həyatım olduğuna görə üzr istəyirəm …” – bu məşhur sözləri edam olunmazdan əvvəl ilk Amerika casusu Nathan Hale söyləyib. Hale Amerika İnqilab Müharibəsi dövründə Qitə Ordusunun kapitanı olub. Bir müəllim kimi kamuflyaj olan Hale, kəşfiyyat məlumatları toplama missiyasını həyata keçirib. Orada casus olduğu aşkar edilən zaman ingilis ordusu tərəfindən əsir götürülüb. 21 yaşlı Hale casusluq ittihamı ilə mühakimə olunaraq asılıb.

3-Dušan-Popov-with-his-wife-Janine

Dusan Popov

Serbiyada anadan olan Popov İkinci Dünya müharibəsi dövründə MI16 üçün işləyib. Yaponların Pearl Harbora hücumunda Popovun FTB-yə xəbərdarlıq edib, ancaq bu xəbərdarlığa laqeyd yanaşıldığı üçün yaponların hücumu uğurlu olub. Böyük kəşfiyyat məlumatları əldə etmiş agent Popov 1968-ci ildə vəfat edib. 20-ci əsrin ən ağıllı casusu adını alan Duşan Popov məşhur agent Ceyms Bondun “Casus 007” prototipidir.

4-Klaus-Fuchs

Klaus Fuşs

Almaniyada anadan olan Klaus Fuşs Sovet İttifaqına “Manhattan Layihəsi” haqqında məlumat verməsi ilə tanınır. Başlanğıcda ingilislərin atom bombası hazırlamaq layihəsində çalışıb və daha sonra Manhattan layihəsinə casus olaraq qatılıb. Casus olması ilə bağlı məlumatlar bəlli olduqda, 1950-ci ildə İngiltərədə tutularaq cəzalandırılıb. Həbs edildikdən sonra İngiltərə kəşfiyyatına müxtəlif gizli məlumatları verib.

Mata Hari

Mata Hari

Tarixin ən məşhur casuslarından biri olan Mata Hari yüksək vəzifəli şəxslər üçün xidmət göstərən fahişə, eyni zamanda da bir rəqqasə idi. Mata Hari casusların kraliçası hesab olunur. Hollandiyada anadan olan casusun əsl adı Margaretha Geertruida Zelle MacLeoddur. Mata Hari dəyərli məlumatlar əldə etməsinə görə əhəmiyyətli bir xəzinə sayılırdı. 1917-ci ildə Birinci Dünya müharibəsi zamanı aldığı mesajları almanlara satdığına və 50.000 fransız əsgərinin ölümünə görə, tutularaq edam edilib.

6-Julius-and-Ethel-Rosenberg

Rozenberqlər

Etel və Yulius Rozenberq SSRİ üçün casusluq etməkdə günahlandırılıraq öldürülən  amerikalı cütlükdür.

Etel və Yulius Rozenberq tarixin ən məşhur casusları arasındadır. Onlar sovet kəşfiyyat xidmətində çalışan Amerika kommunistləri idi. ABŞ üçün həyati əhəmiyyət daşıyan nüvə sirlərini Sovet İttifaqına ötürmələri ilə tanınırdılar. Rozenberq ailəsi Nyu Meksikodakı araşdırma mərkəzindən rus agentlərinə nüvə silahının sirlərini ötürməkdə ittiham ediliblər. Yulius 17 iyul 1950-ci ildə, həyat yoldaşı Etel isə 11 avqustda həbs olunub. Hökumət casus olduqlarını etiraf etmək müqabilində edam hökmünün 30 ilədək endirilməsini təklif edib, lakin Rozenberqlər bundan imtina ediblər. 19 iyun 1953-cü ildə Etel və Yulius Rozenberq elektrik kreslosunda edam ediliblər.

7-Aldrich-Ames

Aldrix Ames

Aldrix Ames, soyuq müharibə dövründə Sovet İttifaqında çalışan bir CIA zabiti idi. Pul əvəzinə KQB-yə əyalət içindəki məlumatları satırdı. Ames KQB-yə Sovet İttifaqında çalışan yüzə yaxın CIA casusunun şəxsiyyət vəsiqələrini də verib. Mərkəzi Kəşfiyyat İdarəsinin sıralarında deşifrə olunduqdan sonra ömürlük həbs cəzasına məhkum edilib.

9-Sidney-Reilly

Sidney Reilli

Əsl adı Sigmund Georgievich Rosenblum olan Sidney Reilli, Rusiyada anadan olub. Bir neçə ölkəyə casusluq edərək ikili həyatlar yaşayıb. Uğursuz olsa da sovet lideri Leninə sui-qəsd planı ilə məşhur olub. Daha sonra Sovet İttifaqı tərəfindən tutulan Sidney edam edilib. Popov kimi, Reillinin də ən məşhur ədəbi casus Ceyms Bond üçün ilham mənbəyi olduğu deyilir.

11-Melita-Norwood

Melita Norwood

İngiltərədə məmur olan Melita Norwood da bir casus idi. Nüvə Tədqiqatları Mərkəzində aparılan gizli araşdırmalarda bəzi həssas sənədlərə sahib olması ingilislərin deyil, Sovet İttifaqının diqqətini çəkib. 1940-cı ildə Sovet İttifaqı tərəfindən agent təyin edilən Melita 1993-cü ildə vəfat edib.

14-Brita-Tott

Brita Tott

Danimarkanın zadəgan ailələrindən birinin qızı olan Brita Tott 1442-ci ildə İsveç kral ailəsindən olan zadəgan bir şəxslə evlənib. On il sonra İsveç Danimarka ilə müharibəyə girəndə Tott ölkəsi üçün casusluq edib. İsveç kralı VIII Karlın sui-qəsdində iştirakçı olmaqla yanaşı, ordunun hər addımının qarşısını alacaq sirlərini ailəsinə çatdıran agent olub. VIII Karl və hökumət onu xəyanətdə günahkar bilərək birbaşa yandırma cəzasına məhkum edib.

Turan Oruc




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir