Noxud

Yaşıl noxudun faydaları

Baxış sayı: 1. 502

Yaşıl noxud – C vitamini mənbəyidir. Bu bitkidə anti-oksidant xasiyyəti vardır. Sümüklərin, dişlərin sağlamlığına yardım edir. Bundan başqa, tərkibində olan C vitamini dəmirin yaxşı cəzb olunmasına yardım edir. Yaraların sağalmasında faydalıdır.

 

Yaşıl noxud anti-oksidantla zəngindir.

Yaşıl noxudun tərkibində olan anti-oksidantlar hüceyrələri xərçəng riskindən və ürək xəstəliklərindən amanda saxlayar. Qocalmanın qarşısını alar. Bu noxudun tərkibində lutein anti-oksidantı vardır ki, bədənə çox faydalıdır. Bu maddə bişmiş noxudda xam halında olandan daha çoxdur. Tədqiqatlar göstərir ki, yaşıl noxudun tərkibində olan lutein başqa tərəvəzlərdən daha çoxdur, o cümlədən ispanaqdan. Bu anti-oksidant göz sağlamlığı üçün faydalıdır. Gözü mirvari suyundan qoruyur. Həmçinin sinə və ağciyər xərçənginə qarşı qoruyandır. Ürək damarlarını gücləndirər.

 

Yaşıl noxudda protein vardır

Yaşıl noxud proteinlə zəngin bir bitkidir. Onu bişirmək həzmi daha da asanlandırar.

 

Yaşıl noxud və liflər

Yarım stəkan bişmiş yaşıl noxud gündəlik liflərə olan ehtiyacı təmin edər. Həmçinin insana toxluq hissi verər. İştahanın qarşısını alar. Qəbizliklə mübarizə aparar, diabet xəstəliyi riskini azaldar.

 

Yaşıl noxud və C vitamini

Bu noxudun tərkibində C vitamini vardır. Bu vitamin anti-oksidant xarakterinə malikdir. Bundan başqa bədəndə olan dəmirin cəzb olunmasına yardım edir.

 

Yaşıl noxud və K vitamini

Yaşıl noxud K vitamini mənbəyidir. Bu vitamin proteinin istehsal olmasına yardım edir. K vitamini sümüklərə də müsbət təsir qoyar.

 

Yaşıl noxud və dəmir

Bişmiş yaşıl noxud dəmirlə zəngin bir qidadır. Bu maddə qana oksigenin ötürülməsində və qırmızı qan hüceyrələrinin yaranmasında mühüm rol oynayır.

 

Yaşıl noxud və manqan

Tərkibində olan manqan dərini zədələrdən qoruyar və maddələr mübadiləsi üçün faydalıdır.

 

Yaşıl noxud və mis

Çox təəccüblüdür ki, bu bitkidə mis vardır. Mis hemeqlobinin yaranmasında mühüm rola malik olan maddədir.

 

Yaşıl noxud və B1 vitamini

Bu vitamin bədən hüceyrələrinin təbii inkişafına yardım edər və beyin fəaliyyəti üçün faydalıdır.

 

Yaşıl noxud və maqnezium

Yaşıl noxud maqnezium mənbəyidir. Bu maddə sümüklərin inkişafına, dişlərin sağlamlığına, bədənin immun sisteminin güclənməsinə yardım edər.

 

Bu saydıqlarımızdan başqa yaşıl noxudun tərkibində sink, B2 və B6 vitaminləri, folat, A vitamini mövcuddur.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir