Efsane R

Yaşlı tiktokerlər – “NATAMAM”

Baxış sayı: 565

Bu yazını giley kimi oxumayın.

Bu günə qədər qəbul etdiyim 50 yaş və üzəri pasientlərdə müşahidə etdiklərimlə gələcəyimizə bir ayna tutmaq istədim.

Məsələn, ilk bu cümlə ilə başlayım: İxtisasım gərəyi həmişə yaşımdan böyük görünməyə məcbur olmuşam. Bunu geyimlərimdə istifadə etdiyim rənglərə və modellərə baxanda indi daha net anlayıram. Buna səbəb  “etimadını doğrultmaq” olub yəqin ki. Çünki indi bu “qayda” hardasa ləğv olunub, amma o dönəmdə 30 yaşdan kiçik insanlar “adam yerinə qoyulmurdu”. Səbəbi isə “bunun nə yaşı var ki, nə də bizə yol göstərə?!” Açığı, o dönəmlər bunu anlamasam da, ya da məna verə bilməsəm də, indi o yaş qrupunu təhlil edəndə görürəm ki, onların gənc yaşları söz hüquqları olmayan bir TABELİK dönəminə rast gəldiyi üçün onlarda gənclərə inamsızlıq yaranıb. (Çünki onlara inanan olmayıb.) Bu zəncir halında hələ də qismən davam edir.

Həqiqətən də, şəxsiyyət kimi formalaşmağın, özünütəsdiqin mümkün olmadığı (çətin olduğu) o dönəmlərdə insanlar idarə olunmağı daha rahat sanıb, tabeçiliyi seçiblər və bunun fonunda da “qanun dövlət baba!” olub. Şəxsi təhliletmələri olmadan təqdim olunanı yaşamaq- qədər- alın yazısı- daha yaxşısı mümkün olsaydı, edilərdi!- biz dövlətdən daha yaxşı bilə bilmərik! təfəkkürünün sahibləri övladları olan bizləri də buna inandırmağa çalışdılar. Fərqli təhsil mühiti görmüş olanlarımız deyilənlərin doğru olmadığını, bunu tarixin çətin dönəmlərində ayaqda durmaq üçün atılmış bir addım olaraq görürlər. “Nəsillərarası çaxnaşma” budur əslində.

Öz ölkəsində heç vaxt təqdir görməyən insanlar yeni dönəmdə övladlarının dünyada (xarici ölkələrdə) təqdir gördüyünün şahidi olanda özlərinin də alqışlana biləcəyinin fərqinə varırlar. Və beləcə sosial platformalarda təcrübələrini paylaşmağa başlayırlar. Uğurlu duruş sərgiləyənlərlə (maarifləndirici imic) sərgiləyənlərlə yanaşı (bu şəxlər uzunmüddətli səbr göstərib öz cizgilərindən çıxmadan izləyicilərinin yaranmasına zəmin hazırlayıblar) heç bir dəsti-xətti olmadan qısa zamanda nə olur-olsun mən də “ölmədən alqış alacağam” yanaşması ilə məqsədsiz davam edənlər də oldu. Sosial platformanın nizamlana bilməyən alqoritmi ilə (ələ salındığı üçünmü məşhurdur ya faydalıdır deyəmi) həmin insanlar özləri öz papulyarlığına izah verib “öz niyyətlərinə” görə məna yükləyirlər. Daima əsarət altında qalmış ruh anidən belə sərbəstlik gördüyü aman nə edəcəyini anlamadığı üçün çaşqınlıq yaşayıb alqış almaq yerinə “qoca yaşında özünə söydürür”… (nəvəsinin dilindən)

Belə…

Bəzən belə də olur. Vaxtında verilməyən azadlıq təqdir görməyən nəsildə çalxantı yarada bilir. Bu yaşda insanların bu cür çalxantılardan “sağ” çıxması da çətin olur görüldüyü qədəriylə…

Siz yenə də böyüklərinizdən muğayət olun. Çünki onlar adlandıra bilmədikləri bir duyğu ilə fərqində olmadan davranışlar edə biləcək yaşdadırlar.

 

Psixoloq Əfsanə Rüstəmova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir