Xeyale Quliyeva

Yastıayaqlılığın müalicəsində ortopedik ayaqqabıların rolu varmı?

Baxış sayı: 793

Bu gün 4-5 yaşdan öncə yanlış olaraq diaqnoz qoyulan yastıayaqlılıq və onun müalicəsində istifadə edilən ortopedik ayaqqabılar barədə danışmaq istərdim.

İlk  öncə söyləyim ki uşaqlarda əsasən də 5 yaşa kimi yastıayaqlılıq (yəni -ayaq tağının olmaması) normaldır . Bəzi ədəbiyyatlarda hətta 9-10 yaşa kimi Ayaq tağının formalaşması qeyd edilir. Bir çox valideynlər isə erkən yaşlarda əsasən də uşaq gəzən kimi yastıayaq olduğunu görüb ya ozləri ortopedik ayaqqabılar alır, ya da ortopedik  ayaqqabı yazan hekim tapana qədər həkimləri gəzirlər. Halbuki bu tamamən normal haldır və heç bir müalicə gərəkdirməz. Bu kimi hallarda yeganə edilə biləcək şey-evdə uşağın ayaqyalın gəzməsi, yay fəslində ayaqyalın qumda gezməsi, ev şəraitində kələ-kötür vasitələrdən – kiçik çay daşlarından istifadə edilməsi, bir qədər böyük yaş dövründə – yənı 3-4 yaş aralığında müəyyən idman hərəkətləri etməsi lazımdır.

yastiayaqliliq

Uşaqlarda bu yaşda görülən yastıayaqlılıq funksional olub heç bir xəstəlik olması anlamına gəlmır. Lütfən, övladlarınızı fiziki cəhətdən, (ortopedik ağır ayaqqabılar uşaqçün çox ağır yükdür) özünüzü isə mənəvi və maddi cəhətdən əziyyətə salmayın. Artıq müasir tibbi qəbul edən heç bir həkim yastı ayaqlılıqla bağlı 2 yaşlı uşağa ortopedik ayaqqabı yazmır. Çox təəssüf ki, bu tip səhvlər əsasən də bir çox anaların sosial şəbəkələrdə yanlış olaraq bilib bilmədən danışan, tibbi cəhətdən savadı olmayan, övladını “qonşu belə etdi və uşaq sağaldı” prinsipi ilə böyüdən insanlara qulaq asması nəticəsində edilir.

Ortopedik ayaqqabı yastıayaqlılığı heç zaman müalicə etmez. Əksinə, 2 yaşlı uşaq üçün çox böyük narahatlıq törədərək ayaq əzələlərinin inkişafını ləngidər ki, bu da eyni zamanda ayaq tağının formalaşmasına əngəl olar. Ümidvaram ki, bu məqalə kimlərəsə faydalı olacaq.

 

Pediatr  Xəyalə Quliyeva




4 şərh “Yastıayaqlılığın müalicəsində ortopedik ayaqqabıların rolu varmı?

  1. İbrahim

    Valideynlər uşaqların pəncə skletində yaranan həmin halları başa düşmür, həkim məsləhəti olmadan yanlış müdaxilə edirlər. Bəzi valideynlər azyaşlıların yeriş və qamətində dəyişiklik olduqda çıxış yolunu ortopedik ayaqqabılar almaqda görürlər.

    Cavabla
  2. Ayxan Abdulla

    Uşaqların ayaqqabısının düzgün seçilməsi ayaq sağlamlığı baxımından böyük əhəmiyyət kəsb edir. İlk ayaqqabı seçimi valideyn üçün təlaşa səbəb olur. Əksər vaxtlar həkim məsləhəti olmadan ortopedik ayaqqabılara üstünlük verir, onu düzgün seçim kimi dəyərləndirirlər

    Cavabla
  3. Ruslan Quluzadə

    Səhv etmirəmsə, körpələrin ayağı 2 yaşına kimi yastıpəncəli olur, erkən dövrdə uşağa xüsusilə sərt ayaqqabı geyindirmək fəsadlarla nəticələnə bilər.

    Cavabla
  4. Rəvana Mirzəyeva

    Xəyalə xanım, yastıayaqlılıq köndələn, boylama və ya qarışıq ola bilər?

    Cavabla

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir