maska

Yay üçün ən yaxşı 3 TƏBİİ MASKA

Baxış sayı: 600

Yayda ev şəraitində təzə meyvə və tərəvəzlərdə çox sadə və eyni zamanda effektli kosmetik maskaları hazırlamaq olar.

Beləliklə, sizə ən effektli 3 maskanın reseptini təqdim edirik.

 

1. Çiyələk maskası

Çiyələk dəri gözəlliyi üçün ən sınanmış və tanınmış vasitədir. Çiyələk maskası dərini çox yaxşı ağardır, qidalandırır, cavanlaşdırır.

5-6 çiyələyi əzin, 1 x.q. xama (quru dəri üçün ) və ya 1 x.q. kəsmiklə (yağlı dəri üçün) qarışdırın, təmiz dəriyə çəkin. 20 dəqiqədən sonra ilıq su ilə yuyun.

 

2. Ərik maskası

A vitamini ilə zəngi olan ərik dərini əla cavanlaşdırır və bərpa edir.

2-3 əriyi blenderdə əzin, 1 ç.q. zeytun yağı (quru dəri üçün) və ya 1 çalınmış yumurta ağını (yağlı dəri üçün) əlavə edin, qarışdırın, təmiz üz dərisinə çəkin, 20 dəqiqədən sonra ilıq su ilə yuyun.

 

3. Pomidor maskası    

Bu da çox effektli və faydalı maskadır. Dərini ağardır, daha dartılmış edir, cavanlaşdırır.

1 pomidorun ətini 1 ç.q. zeytun yağı (quru dəri üçün) və ya 1 x.q. üyüdülmüş yulaf yarması ilə (“gerkules”) qarışdırın, dəriyə çəkin, 20 dəqiqədən sonra yuyun.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir