PLAS

Yaz yenə dəbdə olacaq əbədi klassika

Baxış sayı: 642

Yazın rəsmi gəlişinə bir aya yaxın vaxt qalsa da, artıq hamımız qalın kurtka və paltoları bir kənara atıb daha yüngül yaz geyimlərinə keçməyə tələsirik. Ancaq isti günlər həmişə qəfil gəlir, ona görə də sizə yeni mövsümə hazırlaşmağa indidən başlamağı məsləhət görürük. Təxirə salmadan qarderobunuzu yoxlayın və çatışmayanları almaq üçün özünüzə vaxt ayırın.

Əvvəlcə, uzun müddət geyinə biləcəyiniz əşyalara diqqət yetirin. Məsələn: plaşlara. Bu elementsiz baharı təsəvvür etmək çətindir, havalar isinən kimi moda paytaxtlarının küçələri plaşlı qızlar və oğlanlarla dolub-daşır. Azərbaycanlı xanımların dəblə ayaqlaşmağı xüsusi sevdiyini hesablasaq, biz də onlardan geri qalmırıq. Siz hətta bir oyun oynaya və şəhərinizin küçələrində bir gün ərzində plaş geyinən neçə qızla qarşılaşdığınızı saya bilərsiniz. Plaşların populyarlığının və onlara olan tələbatın bu qədər çox olmasının əsas səbəbi istənilən geyimlə asanlıqla uyğunlaşmasıdır.

Plaşlar hər il olduğu kimi, bu bahar da əsas trendlərdən biri olacaq. Ən məşhur modeli isə bejdir. Ancaq indi dizaynerlər müxtəlif variantlar təklif edirlər.

 

Klassik modellər

Siyahını əbədi klassik bej plaşlar açır. Bu mövsüm hamımıza tanış olan bu model yenidən dəbdə olacaq. Midi və ya maksi uzunluqda, iki düyməli modellərə yaxından nəzər salın. Rəng seçimində müstəqilsiniz, qum, qaymaq və ya dəvə çalarları xüsusilə aktualdır.

 

Qara

Bejin çox darıxdırıcı olduğunu düşünən, eyni zamanda klassik model istəyənlər üçün başqa bir alternativ var. 2024-cü ilin yaz-yay şoularında qara plaşlara da yer verilib. Yeri gəlmişkən, qara plaş ağ geyim və aksessuarlarla çox təsirli görünür.

 

Şərf detalı

Boyunluq əfsanəvi dizayner Tomas Burberrinin hərbi uniformadan ilhamlanaraq yaratdığı plaşlardan qalma bir detaldır. Əvvəllər boyunluq praktik bir funksiyaya sahib idisə, indiki vaxtda yalnız bəzək funksiyasını yerinə yetirir və bir deyil, hətta iki çiyni eyni anda bəzəyə bilər. Və ya bir növ şərf yarada bilərsiniz, bu, son mövsümlərin ən qeyri-adi üst geyimi tendensiyasıdır.

 

Dolğun rənglər

Gələn yazda dizaynerlər bizi parlaq rənglərdən qorxmamağa və rəngli plaşlar almaqdan çəkinməməyə dəvət edir. “Ferragamo” ağ palto seçməyi tövsiyə edir, “Burberry” isə qırmızı versiyasını təklif edir.

 

Dəri

Payız və qış aylarında dəri əşyaları populyarlığının zirvəsində idi. Tendensiya yazda da bizimlə olacaq və “ölməzlər” kateqoriyasına keçmək iddiasındadır. Belə bir dəri plaş uzun illər sizə xidmət edəcək çox uğurlu moda sərmayəsidir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir