GEYIM

Yazın ən romantik tendensiyası – FOTOLAR

Baxış sayı: 447

Dəbin tsiklik təbiətinin daha bir sübutu olaraq, çokerlər moda arenasına yenidən qayıtdı. Əgər bir neçə il əvvəl həcmli, qiymətli daşlarla bəzədilmiş nazik krujeva çokerlər taxırdıqsa, bu yazın ən dəbli titulu uğrunda çiçəkli çokerlər mübarizə aparacaq.

Nazik lentlərə bərkidilmiş həcmli güllər yazın ən romantik trendi ola bilər. Qızılgül çokerləri artıq həm influenserlər, həm də dünya ulduzları böyük məmuniyyətlə boğazına bağlayır və ən müxtəlif obrazlarını onların sayəsində tamamlayırlar.

Güllü çokerlərin ən məşhur modeli nazik bir krujeva və ya lent üzərinə əlavə olunmuş qara güldür. Çiçəyi boynun yan tərəfinə və ya tam ortasına qoyaraq, sadəcə boyun ətrafında bağlamaq kifayətdir. İstənilən geyimi belə aksessuarla tamamlamaq olar: o, kostyum, dərin dekolteli zərif paltar, seksual bir korset, hətta klassik ağ köynəklə əla görünəcək. Əsas odur ki, sonuncunun yaxası boynunuza sərbəst şəkildə bir çoker bağlamağa imkan versin.

Ancaq çiçəyin qara olması mütləq deyil. Zövqünüzə uyğun istənilən rəng seçin. Bununla belə parlaq bir çöker seçmisinizsə, obrazı elə tərtib etməyə çalışın ki, aksesuar yeganə cəlbedici detal olsun. Əks halda, bəzək gülünc görünəcək və dəsti korlayacaq.

Mirror Palais весна-лето 2023




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir