mektebde doyulme

Yeniyetmələrdə aqressiyanın səbəbi nədir? – EKSPERTLƏR DANIŞIRLAR

Baxış sayı: 601

Müasir dövrdə biz  uşaqlarda  aqressiya  hallarını  tez-tez müşahidə edirik. Bu hal ilə uşaqların olduğu hər bir yerdə, demək olar ki, qarşılaşırıq. Amma orta təhsil məktəbləri aqressiv usaqların özlərini daha da qabarıq şəkildə göstərən  yerlərdəndir.  Bu, cəmiyyətdəki, ailələrimizdəki aqressiyanın məktəblərə sıçramasıdır. Bugünlərdə Bakıda 112 nömrəli orta məktəbdə baş verənlər təəssüf ki, artıq adi hala çevrilib. Yeniyetmələr arasında bu trend çox pis yayılıb. Bu çəkilən yüzlərlə videodan biridir ki, ictimailəşib. Bəs görəsən, yeniyetmələrdə aqressiyanı səbəblər nədir?

Arzu bagirova

Mövzuyla bağlı “Gencaile.az” saytına danışan psixoloq-pedaqoq Arzu Bağırova deyir ki, ailədə aqressiya görən və aqressiv çevrəsi olan uşaqların ictimai mühitdə aqressiya nümayiş etdirnəsi normaldır. Amma hər şeyi ailədələki aqressiya ilə əlaqələndirmək olar. Problem həm də tərbiyə faktorundan qaynaqlanır. Təəssüf ki, valideynlər uşaq tərbiyə etməklə bağlı ədəbiyyat oxumurlar. Əksər ailələrdəki mütaliəsizlik uşaqların tərbiyəsinə lazımi səviyyədə diqqət ayrılmamasına gətirib çıxarır. Boşanmış ailələrdə böyüyən uşaqların da ciddi problemləri olur. Onlar valideynlər arasındakı münaqişənin daşıyıcılarına çevrilirlər. Həmin ailələrin uşaqları travmaları, aqressiyaları  cəmiyyətə qaytarırlar.

Arzu Bağırova həmçinin qeyd edir ki, bu məsələdə əsas faktorlardan biri də odur ki, son illərdə insanların bir-birilə qarşılıqlı anlaşma problemi özünü göstərir. Ona görə də zaman keçdikcə aqressiv insanların sayı artır.

Zumrud Haqverdiyeva

Məsələ ilə bağlı saytımıza danışan psixoloq Zümrüd Haqverdiyeva aşağıdakıları dedi: “Uşaq və yeniyetmələrdə aqressiv davranış bir çox valideyn və müəllimləri narahat edən vəziyyətdir. Bu mürəkkəb və narahatedici mövzu valideynlər, müəllimlər və digər böyüklər tərəfindən  başa düşülməlidir. Əgər valideyn yeniyetmənin nümayiş etdirdiyi qəzəb və itaətsizlik səviyyəsindən narahatdırsa, ilk addım yeniyetmənin normal davranışının nə olduğunu və hansı davranışların daha ciddi problemi göstərə biləcəyini anlamaqdır.  Əgər uşağınız aşağıdakı davranışlardan birini və ya bir neçəsini nümayiş etdirirsə,onda qəzəb problemini yaşayır.”

 

Hazırladı: MƏTİN




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir