Aysu Eliyeva

Yeniyetmələr imtahan stressini necə idarə edə bilər?

Baxış sayı: 734

Yeniyetmələr kimlərdir?

Yeniyetməlik 12 yaşından başlayıb 17-18 yaşına qədər davam edən bir dövrdür. Bu yaşda olan şəxslərin inkişafına bir çox amillər – ailə, məktəb yəni sosial amillər, fiziki, koqnitiv və digər amillər təsir edir. Yeniyetmələrin inkişafından asılı olaraq bu dövrün 13 yaşından başlanıldığını qeyd etsək də, bitdiyi dövrü dəqiq qeyd etmək olmur. Bu dövrü bəzən keçid dövrü də adlandırırlar. Uşaqlıqdan birbaşa gənc yaşına keçid etdiyi üçün orqanizmdə xaos yaranır. Hormonal dəyişikliklər başlayır, orqanizm yetişməyə başlayır. Oğlanlarda səs dəyişir, qalınlaşır, tük çıxmağa başlayır, boy birdən-birə uzanır . Qızlarda isə menstrual akt baş tutur, bədən quruluşu daha mütənasib vəziyyətə gəlir. Bu tipli həm hormonal, həm fiziki və psixoloji dəyişiklik onlarda üsyan, aqressivlik, söz eşitməmək, qruplara meyl etmək cəhdi, özünü kiməsə bəyəndirmək və s kimi hallara yol açır.

Bu yaş dövrləri də məktəb zamanına, imtahan zamanına təsadüf edir. Yeniyetməlik yaşında olan qız və oğlanların bədənində dəyişiklik olduğunu, bunun da onların sinir sisteminə, həyat fəaliyyətinə təsir etdiyini nəzərə alsaq imtahan zamanı yaranan çətinlikləri düşünmək o qədər də çətin deyil.

 

  Stress nədir?

 Stress – gözlənilməz və gərgin vəziyyətlərin səbəb olduğu, doğurduğu emosional vəziyyətdir. Stressin fizioloji və psixoloji növlərini fərqləndirirlər. Psixoloji stressin də 2 növü var – emosional və informasion. İnformasion stress informasiya yüklənmələri şəraitində meydana gəlir, bu zaman insan məsələlərin öhdəsindən gələ, lazımı sürətlə düzgün qərar qəbul edə bilmir, qəbul edilən qərarları təqib edən nəticələrin məsuliyyəti yüksək olduqda vəziyyət daha da kəskinləşir.

Qeyd etdiyimiz informasion stressi imtahan zamanı yeniyetmələr yaşayır. Bu prosesı artıq imtahan stressi adlandırırıq. Bir neçə il ərzində oxuyurlar, hər dəfə imtahanın nəticələrin düşünürlər, bəzən özlərinə öz potensiallarından yüksək məqsədlər qoyurlar. Bütün bu hallar stressin yaranmağına təsir edir.

 

İmtahan zamanı yeniyetmələrin yaşadığı hallar:

– Öyrəndiklərini unutmaq və yaza bilməmək.

– Diqqətini verə bilməmək.

– Sualları başa düşməkdə çətinlik.

– Ürəyin sürətlə döyünməsi.

– Əllərin titrəməsi, istilik basması və baş fırlanması.

– Mədə bulantısı və baş ağrısı.

– Gərginlik və əsəbilik.

– İnamsızlıq və mənfi düşünmə.

– Qorxu hissi

 

Bəs o zaman yeniyetmələr imtahan stressini necə idarə edə bilər?

İmtahan stressi güclü olan yeniyetmələrdə psixoloqa müraciət edilməsi vacibdir. Sonu ağır nəticələr ilə bitə bilər.

Nəfəs məşqlərindən istifadə oluna bilər.

Eyni zamanda valideynlərin yeniyetmələrə də münasibəti vacibdir, onlara stressi azaltmaqda kömək edə bilərlər.

İmtahanın nəticəsindən çox gedişatı düşünmək daha yaxşı olar.

Yeniyetmələr öz potensiallarına uyğun məqsədləri qarşılarına qoyduqda stressləri də nisbətən normal  olur.

 

Psixoloq Aysu Əliyeva




2 şərh “Yeniyetmələr imtahan stressini necə idarə edə bilər?

  1. Nüşabə

    Maraqlı və aktual olan mövzuya toxunmusunuz. Təşəkkür edirik. Qələminiz iti olsun

    Cavabla

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir