Pastisio

Yunanlar pastisionu belə hazırlayırlar

Baxış sayı: 404

Ərzaq:

Zeytun yağı – 1 x/q.

Xırda doğranmış soğan – 1 ədəd

Sarımsaq – 3 diş

Qoyun ətinin qiyməsi – 500 qr.

Xırda doğranmış badımcan – 1/2 ədəd

Tomat pastası – 2 x/q.

Konservləşdirilmiş pomidor – 400 qr.

Zirə – 1 x/q.

Dəfnə yarpağı – 2 ədəd

Tərəvəz bulyonu – 150 ml.

Makaron – 350 qr.

Kərə yağı – 50 qr.

Un – 15 qr.

Süd – 1,5 st.

Yumurta – 1 ədəd

Çeder pendiri – 50 qr.

Duz və istiot zövqə görə

 

Hazırlanması:

Əvvəlcədən isidilmiş kərə yağına soğanı və əzilmiş sarımsağı töküb, 3 dəqiqə qovurduqdan sonra, üzərinə qiyməni, badımcanı əlavə edib, 4 dəqiqə qızart. Sonra tomat pastasını, konservləşdirilmiş pomidoru, tərəvəz bulyonunu, zirəni töküb, 25 dəqiqə bişir. Sobanı 180 dərəcədə isit. Makaronu suya töküb bişir. Sous üçün yağı, unu və südü qarışdırıb, qatılaşana qədər sobada saxla. Sonra sobaya qoyacağın qaba makaronların yarısını töküb, üzərinə zeytun yağını, sousun bir hissəsini və əti əlavə edib, qalan makaronu da tök. Kənarda qalan sousa yumurta qatıb, makaronun üstünə tök. Üzərinə sürtkəcdən keçirilmiş pendir əlavə edib, 25 dəqiqə sobada bişir.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir