QIDA

Yuxu üçün zərərli və faydalı qidalar

Baxış sayı: 480

Pəhrizdə meyvə və digər qidaların olmaması yuxu keyfiyyətinin pisləşməsinə və onun müddətinin qısalmasına səbəb ola bilər.

Alimlərin bununla bağlı araşdırması “The Conversation”da dərc olunub.

ABŞ alimləri 5 il ərzində aparılan sorğuların məlumatlarını təhlil ediblər. Onlar müəyyən ediblər ki, kifayət qədər meyvə, tərəvəz, paxlalılar qəbul etməyən insanların yuxu müddəti daha az olur. Tədqiqatçılar sonra 21-30 yaş arası 1 000 mindən çox insan üzərində ayrıca təhlil aparıblar. Onlayn təlimat vasitəsilə onlara meyvə və tərəvəz istehlakını artırmağa kömək edilib. Pəhrizlərini dəyişdirməyi bacaranlar üç aydan sonra yuxu keyfiyyətinin yaxşılaşdığını və yuxusuzluq əlamətlərinin azaldığını bildirdilər.

Tədqiqatların müəllifləri həmçinin digər araşdırmaların sağlam qidalanma ilə daha yaxşı yuxu keyfiyyəti arasında əlaqə olduğunu qeyd ediblər. Aralıq dənizi pəhrizi buna ən yaxşı sübutdur. O, bitki qidaları, zeytun yağı, dəniz məhsulları ilə zəngindir, qırmızı əti və əlavə şəkəri minimum səviyyədə saxlayır.

Yağlı balıq, süd məhsulları, kivi, giləmeyvə (albalı, çiyələk və qaragilə), qoz və badam, banan da yuxu üçün faydalarını göstərib. Onların istehlakının təsirlərindən biri beyində yuxu-oyanma dövrlərinin mühüm tənzimləyicisi olan melatonin istehsalının artmasıdır.

Liflə zəngin qidalar (lobya və yulaf əzməsi) və bəzi zülal mənbələri, xüsusən triptofan amin turşusu yüksək olanlar (məsələn, quş əti) də yuxunun yaxşılaşmasına kömək edir. Faydalı ola biləcək fərdi qida maddələrinə maqnezium, D vitamini, dəmir, omeqa-3 yağ turşuları və manqan daxildir.

Bəzi qidalar yuxu keyfiyyətini poza bilər. Burger, kartof qızartması yuxunun mühüm mərhələsini azalda bilər. Ağ çörək və makarondan alınan təmizlənmiş karbohidratlar tez həzm olunur. Onları axşam yeməyində istehlak etmək gecə aclıqdan oyanmağa səbəb ola bilər.

Qeyd edilir ki, alkoqolun ilkin sakitləşdirici təsiri yuxuya getməyi asanlaşdırsa da, yuxu rejimini pozur, gecə oyanmalarının sayını artırır. Yatmazdan altı saatdan az əvvəl kofein içmək də yuxuya getməyi çətinləşdirə bilər, çünki o, sizi yuxulu edən adenozin hormonunu bloklayır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir