zirincli plov

Zirincli plov necə hazırlanır?

Baxış sayı: 430

Tərkibi:

1 kq düyü

1 kq təzə quzu əti

3 soğan

1 st. zirinc

duz

istiot

sarıkök

lavaş

kərə yağı

 

Hazırlanması:

Düyünü yuyun, 2-3 saat duzlu suda saxlayın. Əti təkələrə, soğanı yarımhalqa doğrayın. Duz, istiot vurub qarışdırın. Zirinci suda isladın. Düyünü qaynadıb, süzün. Zirincin suyunu süzüb düyü ilə qarışdırın. Qazanın dibinə kərə yağı tökün. Lavaşı tikələrə ayırıb dibinə döşəyin. Üstünə azca yağ gəzdirib ətlə soğanı döşəyn. Bunun da üstünə azca yağ gəzdirin. Düyünü üstünə yayın. Düyünün üstündə taxta qaşığın qulpuyla deşik açın. Üstünə kərə yağı gəzdirin, sarıkök səpin. Qazanın qapağına təmiz dəsmal bağlayıb, ağzını kip örtün, vam odda dəmləyin. Hazır olandan sonra aşı buluda çəkin, ətləri üstündən düzün.

Nuş olsun!




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir