qargidali

3 günlük QARĞIDALI PƏHRİZİ

Baxış sayı: 1. 505

Qarğıdalı qidalı liflərlə və zülallarla zəngindir. Bu səbəbdən qarğıdalı tez toxluq hissi yaradır və uzun müddət ərzində insanı tox saxlayır

Həmçinin qarğıdalı bağırsaqları yaxşı təmizləyir, yüngül sidikqovucu təsir edir.

Bu faydalı xüsusiyyətlərə görə bir çox dietoloqlar qarğıdalını pəhriz zamanı istifadə etməyi tövsiyə edirlər.

“Gencaile.az” sizə belə pəhrizin bir variantını təqdim edir.

Səhər acqarına 1 stəkan su için. 30 dəqiqədən sonra 1 orta ölçüdə olan qarğıdalı yeyin.

Günorta 1 xiyar, 1 pomidor, 1 bibər, göyərtilər və 1/2 qarğıdalıdan (dənəcikləri çıxardın) ibarət olan salat yeyin.

Axşam 1 qarğıdalı yeyin.

Yatmazdan əvvəl 1 çimdik darçın və 1 çimdik zəncəfil əlavə olunmuş 1 stəkan kefir için.

Bu qaydaya uyğun olaraq 3 gün ərzində qidalanın. Gün ərzində 2 l maye (yaşıl çay, su, itburnu dəmləməsi) qəbul edin.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir