baliq

Balıq alarkən diqqətli olun: “Onlar tualet tullantıları ilə qidalanır”

Baxış sayı: 1. 398

Payızın gəlişi balıq mövsümünə start verib. Artıq bazarlarda daha çox balıqlara rast gəlmək mümkündür. İstər diri, istərsə də, dondurulmuş balıqlar piştaxtaları bəzəyir. Balıq mövsümünün başlaması bir çox problemləri də özü ilə gətirib.

Belə ki, süni göllərdə yetişdirilmiş, yaxşı inkişaf etməmiş balıqlar satıcılara çay, Xəzər balıqları adı ilə satılır və istehlakçılar aldadılır. Satıcılar daha inandırıcı olması üçün əsl qiyməti 4-5 manat olan məhsulları 11-12 manata satırlar. Bununla da alıcının həm canına, həm cibinə ziyan vururlar.

Bəs, sağlam balığı ziyanlılardan necə ayırmaq olar? Onların hansı fəsadları var?

BkIxpaqCYAE5SAp.jpg (23 KB)

Diyetoloq Leyla Zülfüqarova bildirir ki, insanlar süni göllərdə yetişdilmiş balıqlardan uzaq olmalıdır: “Sağlam qidalar içərisində balıq ön sırada gəlir. Balıq istifadəsi  şəkərli diabet, xərçəng, piylənmə, qan-damar xəstəlikləri və sairdən xilas edir. Balığın tərkibində omega 3, omega 6, doymamış yağ turşuları, zülal,  fosfor, vitamin və minerallar mövcuddur. Xərçəng xəstəliyindən xilas olmaq üçün şəkəri azaltmaq, balıq yemək və işlənməmiş, təbii yağlardan istifadə etmək lazımdır. Hazırda süni göllərdə yetişdirilən balıqlar bazarlarda çoxluq təşkil edir.

Bəzi balıqlar inqibatorlarda yetişdirilir. O balıqlarda yuxarıda sadaladıqlarımız vitamin və minerallar, faydalı elementlər yoxdur. Onlara xüsusi balıq yemləri verilir, soya, taxıl məhsulları ilə yemlənir. Taxıl məhsullarında GMO mövcuddur. Həmin balıqların heç bir  faydası yoxdur. Pangasus balığı marketlərdə satılır, Azərbaycana xaricdən gətirilir. O balıqlar çirklə qidalanır. Ona görə də xəstəlik yaradır. Kütüm, farel, sazan kimi balıqlar Azərbaycan sularında mövcuddur. Bunlardan ancaq kütüm dəniz şəritində yetişir, onu süni göllərdə çoxaltmaq olmur. İnsanlar farel alarkən ehtiyatlı olsun. Çünki süni şəraitdə ən çox farellər çoxalır. Pasiyentlərə həmişə tövsiyə edirəm ki, qızıl balıq tükətsinlər. Sağlamlığa faydalı balıqdır.

Donmuş balıqlarda da problemlər var. Buzlu balıq alarkən ehtiyatlı olmaq vacibdir. Həmin balıqların köhnə olmaq ehtimalı var. Buzlu balıq alarkən üzərindəki  buzun çəkisinə qalınlığına baxmalıyıq. Balığın çəkisinin 5 faizini təşkil etməlidir buz. Balığın başı üzərində qırmızı ləkələr olmamaıldır, saralmamıldır. Alıcılar balıq alarkən bütün bu nüanslara diqqət etməlidirlər”.

404182995.jpg (49 KB)

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov da alıcıları daha diqqətli olmağa çağırır: “Balıqlarla bağlı hər dəfə problem yaşanır. Balıqlar buzlu və açıq soyuducularda satılmalıdır. Insanlar istəsə, ona toxunmalı, təzəliyini yoxlamaq üçün gözünə və qulağının dibinə baxmalıdır. Bir çox bazarda təhlükəli balıqlar satılır. Baytarın əli çatmayan balıqlar təhlükəsizdir. Süni göllərdə yetişdirilən balıqlara antibiotik,  yemlər verilir. Bizə məlumat daxil olub ki, bəzi rayonlarda tualet tullantılarını balıqlara verirlər. Keçən il Saatlıdan şikayət olunmuşdu. İstehlakçılar aldadılır, balıqdan anlayışı olmayanları satıcılar rahatlıqla aldadır. Təəssüf ki, balıqların çoxunun üzərində istehsal tarixi yoxdur. Düşünürəm ki, Qida Təhlükəsizlik Agentliyi qarşısına qoyulan problemi həll edəcək. Balığın göllərdən istehlakçının masasına qədər olan prosesə nəzarət edəcək. Beləliklə, istehlakçıların hüquqları qorunacaq”

 

Könül




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir