valideyn

Uşağınızla mübahisə etməyin, uduza bilərsiniz!

Baxış sayı: 1. 134

Hansı səbəblə olursa-olsun, uşaqla mübahisəyə girmək bəri başdan məğlub olmaq deməkdir. Çünki mübahisəni qəbul etmək uşağınızın gücünü qəbul etmək deməkdir. Halbuki o, sizin rəqibiniz deyil. Üstəlik, gücləriniz də müxtəlifdir (təbii ki, burada fiziki gücdən söhbət getmir). Əgər mübahisəni davam etdirsəniz, nəticədə, ikinizdən biriniz qalib gələcək.

usaq

 

Əgər siz qalib gəlsəniz, uşağınızda özünəinam hissi azalacaq. Yox, əgər uşağınız qalib gəlsə, uşağınız öz gücünü kəşf edəcək.

Nəticədə, uşağınız ən adi halda belə mübahisə etməyə çalışacaq. Buna görə də, mübahisə qızışmamış, məsələni dondurmaq və başqa bir vaxta təxirə salmaq lazımdır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir