aile

Kondisioner seçimində nəyə diqqət etməlisiniz? – 6 qızıl qayda

Baxış sayı: 987

İsti yay günlərində insanların ən çox istifadə etdiyi texniki avadanlıqlardan biri də kondisionlərdir. Çox vaxt insanlar kondisionerləri quraşdırdıqdan sonra ona adi texnika kimi baxır və yalnız sıradan çıxdığı zaman ona texniki baxış göstərilməsi barədə düşünürlər.

Kondisioner seçimi kifayət qədər mürəkkəb prosessdir. Qeyri-peşəkar satıcılar tərəfindən aldadılan alıcılara az rast gəlməmişik. Kondisioner alarkən aldanmamaq və keyfiyyətsiz məhsulla qarşılaşmamaq üçün bəzi məlumatları bilməlisiniz.

Beləliklə, sizə kondisioner seçimində diqqət etməli olduğunuz məqamları bildirəcəyik:

İlk olaraq onu deyək ki, kondisioner almaq qərarına gəlmisinizsə öncədən yaxşı araşdırma etməlisiniz. Modellər arasından seçim etməkdə çətinlik çəkirsinizsə, bunun üçün mütəxəssis köməyindən yararlana bilərsiniz.

İşləmə müddəti:

Kondisionerin uzun müddət işləmədən qalması ona ziyandır. Məsələ burasındadır ki, soyuducu maddə təkcə freondan deyil, həm də yağdan ibarətdir və uzunmüddətli fasilə zamanı yağ çöküntü verə bilər. Belə hallarda uzunmüddətli fasilədən sonra kondisioneri işlətdikdə soyuducu maddə və yağ birləşərək vahid kütlə əmələ gətirənə qədər kondisioner, praktiki olaraq, quru halda işləyəcək.

Təhlükəsizliyi:

Kondisionerin daxili bloku ildə 2 dəfə mütəxəssis tərəfindən təmizlənməlidir. Havada olan həşəratlar,bitki tozcuqları və digər cismlər kompressorda yığışaraq onun iş qabiliyyətini sıradan çıxara bilər.

Etibarlılıq:

Kondisionerizi evə gətirdikdən sonra rahat istifadə edə bilmək üçün öncədən satın aldığınız şirkətin etibarlı olduğuna, hər hansı bir problem yaranarsa, şirkət tərəfindən təmir olunacağına əmin olun.

Kondisioner gücünün seçilməsi:

Kondisionerlərin güclərini daha dəqiq olaraq seçmək üçün texniki mühəndis hesabatı lazımdır ki, burada otağın həcmi, təyinatı, pəncərə sahəsi, divarların qalınlığı, döşəmə və tavanının materialları , işıqlandırma, otaqda oturan, işləyən və ya hərəkət edən insanlardan ayrılan istilik nəzərə alınmalıdır.

Kondisioner tipinin seçilməsi :

Əsas məqamlaran biri kondisioner tipinin seçilməsidir. Kondisioner tipinin seçilməsi dedikdə evinizin, otağınızın və ya obyektinizin dizaynına, texniki cəhətdən funksionallığına uyğun tipin seçilməsidir.

Kondisionerin səs səviyyəsinin seçilməsi:

Müxtəlif istehsalçıların eyni soyutma və ya isitmə məhsuldarlığına malik kondisionerlərinin səs səviyyəsi də müxtəlif ola bilər. Adətən çoxları belə düşünür ki, kondisionerin məhsuldarlığı nə qədər çoxdursa onun səs səviyyəsi də bir o qədər artmalıdır, amma bu həmişə belə deyil. Qiyməti nisbətən baha olan modellərdə yüksək texnologiyalar və maya dəyəri yüksək olan materiallardan istifadə etməklə aşağı səs səviyyəsinə nail olunur.

Bütün qeyd olunanları nəzərə alaraq kondisioner seçiminizi düzgün etmənizə ümid edirik.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir