lahmacun

Evdə Lahmacunu belə hazırlayın

Baxış sayı: 1. 707

Türk mətbəxinin fastfudu hesab oluna biləcək Lahmacunun evdə hazırlanmasını təqdim edirik:

Belə ki, lahmacun üçün lazım olanlar: 5 stəkan un, maya, ilıq su, duz, 500 qr qiymə, 3-4 ədəd pomidor, soğan, cəfəri, kəkotu, qırmızı istiot, limon, zeytun yağı.

Lahmacun hazırlanma qaydası:

Ev şəraitində lahmacun bişirmək üçün un, maya və duzu qarışdırıb, ilıq su ilə xəmir yoğrulur. Xəmir yoğrulduqdan sonra xəmiri gəlməsi üçün yarım saat – 1 saat arası gözlədirik.

Ev şəraitində lahmacun xəmiri gözlədilən vaxt içliyi hazırlayırıq. Bunun üçün qiymə, ədviyyatlar, kiçik doğranmış pomidor və rəndələnmiş soğan, duz bir-birinə qarışdırılır. Sonra xəmiri yumurta böyüklüyündə kündələrə ayırırıq. Kündələrin yapışmaması üçün masanı unlayırıq. Sonra evdə lahmacun kündələrini açırıq.

Yayılmış evdə lahmacun yuxasının birinin üzərinə hazırladığımız içliyi bərabər şəkildə yayırıq. Sonra bir başqa yuxa ilə bunun üzərini örtürük. Qiymənin hər iki yuxaya da yaxşı yapışması üçün biraz gözləyirik.

Geniş bir tavaya zeytun yağı qoyuruq. Tava isindikdən sonra evdə lahmacun bu tavanın içərisinə qoyulur. Vam odda bişir. Tavanı ocağın geniş gözünə qoymaq lazımdır ki, tavanın hər tərəfindən bərabər şəkildə istilik gəlsin və evdə lahmacun yanmasın. Lahmacunun bir üzü bişdikdən sonra ehtiyatla çevirib ikinci üzünü də bişiririk. Bişdikdən sonra evdə lahmacunu bir qaba kağız səririk və onun üzərinə qoyuruq.

Süfrəyə verilərkən iki qat lahmacun yuxası bir birindən ayrılır və içərisinə hazırladığımız göyərti və limon qoyularaq süfrəyə verilir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir