makyaj

Yayda necə makiyaj edək? – Məşhur stilistdən xanımlara tövsiyə

Baxış sayı: 1. 629

Heidi Klum, Qisele Bündxen, Klaudia Şifer, Silvie van der Vart kimi ulduzların öz gözəlliyini etibar etdiyi məşhur stilist Serena Goldenbaum toy və çimərlik makiyajının sirləri ilə yanaşı 2015 yay makiyaj trendlərini açıqlayıb.

“Gencaile.az” Aile.lent.az-a istinadən Selenanın makiyaj tövsiyələrini təqdim edir.

2015 yayında ənlik, göz kölgəsi və dodaq boyasının ərik, gözlərdə isə firuzəyi, mavi,  bənövşəyi və hətta ağ rəngli sürmələrin ön plana çıxacağını vurğulayan Selena, dodaqlar üçün çəhrayı, portağal və tut rəngi seçimi ilə qadınların çılğın görünüş qazana biləcəklərini deyir.

Yay günlərində çox və ağır makiyaj etməyin. Çox pudra və tonal krem tərlədiyiniz zaman dərinizin yağlı görünməsinə səbəb olar.

Bütün üzünüzü makiyajla boğmaqdansa, örtülməsi lazım olan hissələri örtün. Üzünüzdə örtülməli olan nöqtələri duru bir tonal kremlə gizlədin.

Yay toylarında suya davamlı makiyaj ləvazimatları istifadə edin. Üz üçün az və rəngli, gözlər üçün suya davamlı layner çəkin.

Bu yay toy makiyajınının əvəzedilməz rəngləri: gözlər üçün qızılı rəng, yanaq üçün gül, ya bürünc qızılı, dodaqlar üçün gül, bal, konyak və ərik rəngidir.

Toy makiyajında pudradan çox istifadə etməyin. Sadəcə alın, burun və çənə bölgəsi çox yağlı görünməsin deyə, həmin bölgələrə azca pudra vurun. Toy makiyajında sərt cizgilərə yol verməyin. Yüngül toxunuşlar edin.

Çimərliyə getmədən əvvəl dərinizi nəmli saxlayacaq, rahat nəfəs aldıracaq formul və günəşdən qoruyan SPF 30 faktorlu krem vurun.

Çimərliyə gedərkən makiyaj etmək istəyirsinizsə, suya davamlı layner, tuj, yanaq üçün krem rəng ənlik, dodaq üçün gloss, rəngli mat dodaq boyası istifadə edin.

Bütün gün üzünüzə yapışan kir və makiyajı axşam təmizləməyi unutmayın.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir