tualet

Azyaşlı oğlan uşaqları qadın tualetinə gedə bilər? – VALİDEYNLƏR, DİQQƏT

Baxış sayı: 1. 620

Alış-veriş mərkəzini oğlunuzla birlikdə gəzərkən o, tualetə getmək istədikdə özünüzlə bərabər qadın tualetinə aparırsınız, yoxsa tək kişi tualetinə yollayırsınız? Uşağın cinsi inkişafı baxımından hansı addım daha düzgündür? “Gencaile.az” Aile.lent.az-a istinadən valideynlərə bu barədə  bəzi məsləhətlər verir.

Müxtəlif məkanlarda oğlan uşaqlarının qadınlar tualetinə getməsi haqqında fikirlər fərqlidir. Təbii ki, eyni hal qız uşağı ilə eyni cür davranan atalara da aiddir. Bu, həqiqətən də həssas mövzudur. Çünki uşaqların cinsi inkişafı baxımından ciddi detallara malikdir.

6 yaşına qədər necə davranmalı?

Tualetə getmək istəklərini bildirənədək uşaqların tualet mövzusunda problemləri olmur. Təxminən 3 yaşdan sonra tualet tərbiyəsi başlayır. 3-6 yaş arasında olan uşaqlar tək başına tualetə getmək iqtidarında deyil. Buna görə də 6 yaşadək olan oğlan uşaqlarının anaları ilə birlikdə qadın tualetinə getməkdan başqa yolu yoxdur. Bununla yanaşı, oğlan uşaqlarına başa salmaq lazımdır ki, indi anası ilə qadın tualetinə getmək məsləhətdir. Ona bir müddətdən sonra özünün kişilər tualetinə gedə biləcəyini başa salın. Lakin bunu da mütləq qeyd etmək lazımdır ki, əgər oğlan uşağının yanında atası varsa, atası onu kişilər tualetinə aparmalıdır. Oğlan uşağı yalnız anası ilə birlikdə olduqda qadınlar tualetinə aparılmalıdır. Əgər ana kişilər tualetinin gigiyenası baxımından narahatdırsa, bu, əbəs yerədir. Çünki atalar da uşağın sağlamlığı baxımından bəzi detallara ciddi yanaşır. Həm də övladınızın cinsi inkişafı gigiyenadan daha önəmlidir.

Bəs 6 yaşdan sonra?

Gəlin, əvvəlcə 6 yaşlı uşağı araşdıraq. Beyin inkişafının 90 faizi tamamlanıb, cümlə və danışıq qabiliyyəti yetkin insanlara yaxındır. 6 yaşında sağlam uşaq həm evdə, həm də bayırda tualet ehtiyaclarını özü ödəyə bilir. Təbii ki, fürsət və imkan daxilində. Lakin 10 yaşında şalvarının düymələrini anası bağlayan, 12 yaşında ayaqqablarınının ipini bağlaya bilməyən uşaqlar da az deyil.

Gigiyenik baxımdan tualet qayda-qanunlarını öyrədin

Övladınıza gigiyenik baxımdan tualetdən istifadə qaydalarını öyrətmək vacibdir. İstər evdə, istər evdən kənarda uşağınıza tualetdən istifadə edərkən hansı gigiyenik qaydalara diqqət edilməsinin vacib olduğunu başa salmalısınız. Çünki az keçmədən o, məktəbə gedəcək və özü müstəqil tualetdən istifadə etməli olacaq.

Qarışıq yerlərdə yad insanlara münasibət

Uşağınızı qorxudtmadan bəzi sosial məsafə qaydalarını da öyrədin. Misal üçün, qonşu Aysel xalanı yaxşı tanıyırıq, onun verdiyi şirniyyatı yeyə bilərik, lakin heç tanımadığınız insanlardan, xüsusilə də ana-atanız yanınızda olmadıqda verilən hədiyyələri qəbul etməyəcəklərini başa salın. Çünki tanımadığı insandan nəsə almaq təhlükəli ola bilər. Uşaqlarınızı qorxutmadan onlarla cinsi istismar haqqında söhbət edin. Çünki bu, çox vacib və həssas mövzüdur. Övladınıza doğru və düzgün sevməyin nə olduğunu, intim bölgələrin, bədənində yalnız ona məxsus olan hissələrin, kiminsə ona zərər verə bilməsi haqqında onu qorxutmadan izah edin.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir