photo_14903

Qripə qarşı – 10 mübarizə üsulu

Baxış sayı: 1. 671

İmmuniteti güclü insanlar qripə yaxalansalar da, daha yüngül keçirirlər.Müxtəlif araşdırmalar sübut edir ki, insanlar qrip virusuna daha çox depressiyalarla, məmnuniyyətsizliklə və digər emosional problemləri ilə meyllidir. Ona görə də, xoş ovqat və ruhi müvazinət qrip xəstəliyinin profilaktikası kimi qəbul olunur.

1. Vaksinasiya qrip xəstəliyinin profilaktikasında ən yaxşı tədbir sayılır. Bu peyvəndi qrip olduğunuz zaman deyil. Hər il payız fəslində etditmək lazımdır. Peyvənd olunduğunuz zaman orqanizm bu virusa qarşı qoruyucu təbəqə yaradır. Və sizin üçün bu xəstəlik qorxulu deyil.

2. Daha doğrusu, vitaminlər, minerallar və digər faydalı maddələr isə balanslaşdırılmış qidalanma, sizə orqanizmə təhlükəli infeksiyanın qarşısını almaqda  güc verəcək. E vitamini, askorbin və limon turşusu (sitrus meyvələri, alma, itburnu), dəmir, (əti, pomidor) yod (dəniz balığı), manqan, sink və mis (qoz), selen (sıyıq, sarımsaq) sizə lazım olacaq. Gündə 1-2 diş sarımsaq yemək faydalıdır.

3. Çox zaman qrip olduqda müxtəlif tənziflərlə burnumuzu tez-tez silirik. Lakin ən yaxşısı burnumuzu tez-tez sabunla yumaqdır. Spirt və soğan suyu ilədə yuya bilərsiniz. Soda, çobanyastığı, manqan kristallarını, efir yağları və ya kartof ilə boğazı yaxalamaq tövsiyə olunur. Çölə çıxarkən burnunuza oksalin məhlulu və ya vazelin çəkin.

4. Qrip olduğunuz zaman daha çox maye qəbul etməyiniz məsləhət olunur. Əlbəttə bu nə qəhvə, nə də ki, qazlı sulardır. Daha çox ot dəmləməli çaylardan istifadə edin. İtburnu, böyürtkən, kəklikotu və nanə dəmləməsindən istifadə etsəniz daha yaxşı olar. Çayınıza 1 qaşıq bal əlavə etsəniz effekli olar.

5. Mütləq yeməkdən əvvəl və sonra əllərinizi yuyun. Qrip olan insanlarla əl görüşlərindən uzaq durun.

6. Qabları qaynar su ilə yuyun. Əgər ailə üzvlərinizdən biri evə artıq bu virusa yoluxuş gəlirsə, mütləq onun qablarını ayırın. Onunla təmasdan maksimum qorunun. Və işlətdiyi bütün əşyaları qaynar su ilə yuyun.

7. Qripin bağlı və isti otaqlar daha çox xoşuna gəlir. Ona görə otağın pəncərəsini açın və tez-tez havasını dəyişin. İsti geyim bu virusu daha da gücləndirir. Otağın sərin və geyimin çox da qalın olmaması məsləhət edilir.

8. Ən yaxşı üsullardan biri də hamama getməkdir. Və idmanla məşğul olmaq, əsasən də qaçmaq daha yaxşı nəticə verir. Bu sizin immunitetin inkişafına yardım edəcək. Qan dövranını yaxşılaşdırır, orqanizmi oksigenlə təmin edir və daha çox immun hüceyrələrinin yaranmasına kömək edir.

Əslində, qripə yoluxma profilaktikası böyük səy tələb etmir. Sağlam həyat tərzi aparın, fəal olun, əsəbiləşməyin, düzgün qidalanın, hər şeyə müsbət yanaşarsınız və illik peyvənd etsəniz, qrip sizə yaxın gəlməyə cəsarət etməyəcək.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir