sevgi

Aşiq olduğunuzu ifşa edən məqamlar

Baxış sayı: 170

Qadınlar sevdiyi kişinin dilindən “Səni sevirəm” sözünü eşitsə də, qarşı tərəfin dərdindən dəli-divanə olduğuna əmin olmaq istəyir. Çünki qadınlar çox çətin varlıqdır, onlar hər şeydən şübhələnir, ağlındaki sualları isə bitmək bilmir. Buna görə də, kişinin təkcə sözlərinə deyil, hərəkətlərinə də fikir vermək lazımdır. Sizin dərdinizdən dəli-divanə olduğu da məhz bundan bilinir. Birinə aşiq olduğumuz zaman özümüz də bilmədən hisslərimizi ifşa edirik.

“Gencaile.az” bu yazıda aşiq olarkən bizi ifşa edən əlamətlərin siyahısını təqdim edir:

 

1. Göz bəbəkləri böyüyür.

Nə qədər klassik işarə olsa da, göz bəbəklərinin böyüməsi aşiq olduğunuzu göstərən mühüm əlamətdir.

2. Qaşlar istəmədən yuxarı qalxır.

Birini görərkən qaşların qeyri-şüuri və ani yuxarı qalxması qarşınızdakı insanı bəyəndiyinizi göstərən işarələrdən biridir.

3. Dişləriniz görünür…

Əgər onu görəndə üzünüzdə təbəssüm yaranırsa və bütün dişləriniz görünürsə, deməli, yanınızdakı insanla xoşbəxtsiniz.

4. Dodaqlarınızı yalayırsınız.

Birini bəyənərkən ağızda xüsusi tüpürcək ifraz olunur. Bunun nəticəsində, insan özündən asılı olmayaraq, dodaqlarını yalayır.

Sevgi

5. Göz təması qururuq.

Aşiq olan adam qarşı tərəfin gözlərinə baxmağa can atır, lakin ona uzun müddət baxa bilmədiyi üçün gözlərini qaçırır. Bu, narahatedici olmadığı ana qədər normaldır.

6. Kişilər aşiq olduğu adamı görəndə dərindən nəfəs alır. Bu davranışla eyni anda bədən və çiyinlərini gözə çarpdırır, bununla da, daha gümrah və cəlbedici olmağa çalışırlar.

7. Qadınlar bəyəndiyi kişini görərkən saçları və üstündəki bəzək əşyaları ilə oynayırlar. Nə qədər klassik olsa da, bu, bir həqiqətdir. Hətta ən qısa saçlı qadınlar belə xoşladığı kişini görəndə özlərindən asılı olmayaraq, saçlarını səliqəyə salmağa çalışır.

8. Ətraf qələbəlik olmasa da, söhbət edən zaman bəyəndiyin insana tərəf yaxınlaşmaq ona olan diqqət və sevginin göstəricisidir. Bundan başqa, qarşı tərəfə toxunmaq istəyi də sizin ona biganə olmadığınızı göstərir.

9. Danışarkən əlini boynuna aparmaq sevməyin əlaməti ola bilər.

10. Danışan zaman səsinizin tonu və danışıq tərziniz dəyişirsə, bu, onun diqqətini çəkməyə çalışdığınızı və ona qarşı hissləriniz olduğunuzu bildirir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir