Terane Kazimli

Autistik spektr, yoxsa inkişaf ləngiməsi? – YENİ RUBRİKA

Baxış sayı: 600

 “Gencaile.az” saytı bu gündən etibarən “Həssas ana” rubrikasına start verir. Xüsusən azyaşlı uşaqlar və onların valideynləri üçün sağlamlıq bələdçisinə çeviriləcək sözügedən rubrika çərçivəsində pediatr, uşaq inkişaf mütəxəssisi Təranə Kazımlının müəllifi olduğu məqalələr oxucularımıza təqdim olunacaq.

Teranae Kazimli

Autizm spektr pozuntusu, məhdud maraqlar və təkrarlanan davranış nümunələri ilə müşayət olunan ilk növbədə ünsiyyət və qarşılıqlı əlaqə çatışmazlığı ilə xarakterizə olunan neyroinkişaf pozuntusudur.

* Əgər uşağınız göz təması qurmur və ya məhdud göz təması varsa⁣

  • Adı çəkiləndə reaksiya vermirsə ⁣

* Əgər əmrlər qəbul edilmirsə

* İstədiyini barmağı ilə göstərməzsə ⁣

* Oyuncaqları ilə düzgün oynaya bilmirsə

* Həmyaşıdlarına və oynadıqları oyunlara maraq göstərmirsə

* Danışmır; Əgər nitqi həmyaşıdlarından geri qalırsa və ya mənasız situasiyalarda sözləri/cümlələri təkrarlayırsa

* Sarsıntı və çırpınma kimi təkrarlanan stereotiplər kimi hərəkətlərə malikdir, ⁣

* Bəzi əşyaları çevirmək və ya onları ard-arda yerləşdirmək kimi qeyri-adi təkrarlanan davranışlar nümayiş etdirirsə

* Gündəlik rejimlərdəki dəyişikliklərə həddindən artıq reaksiya verirsə.

 

Autizmli uşaqların təxminən üçdə birində 18 aylıqdan sonra kəskin geriləmə müşahidə olunur.  Əvvəllər sözləri və ya hətta qısa cümlələri olan uşaqlar dil bacarıqlarını, göz təması və sosial bacarıqlarını itirirlər.  Reqressiyadan əvvəl video çəkilişləri yoxlanılan uşaqda genetik və ya metabolik xəstəliklərə işarə edən tapıntılar yoxdursa, onun immun müalicələrdən faydalanma ehtimalı var. Otistik reqressiya keçirmiş bütün uşaqlar uşaq nevroloqu, psixiatr,uşaq inkişaf mütəxəssisi kimi uzmanlar tərəfindən müayinə və müalicə olunmalıdır. Həmçinin zamanında inkişaf testləri etdirmək və ailə dəstəyi almaq vacibdir.

 

Təranə Kazımlı

Pediatr, uşaq inkişaf mütəxəssisi 




8 şərh “Autistik spektr, yoxsa inkişaf ləngiməsi? – YENİ RUBRİKA

  1. Tacir Mürşüdov

    Körpələrin ASP simptomları və əlamətlərinə görə müntəzəm yoxlanılması vacibdir, çünki xəstələrin əlavə qiymətləndirmə və müalicə üçün erkən göndərilməsinə imkan verir.

    Cavabla
  2. Aynur Qasimova

    Autizmin aradan qaldirilmasi ucun aileler de mutexessisle paralel oz uzerlerine dusenleri etmelidirler. Her seyi hekimden gozlemek duzgun olmaz.

    Cavabla
  3. Natiq Qafarov

    Təəssüf ki, çox zaman valideynlər ğvladlarında olan bu problemi qəbul etmir və gözləyir. Bu isə zaman itkisidir.

    Cavabla
  4. Sənəm Namazova

    Doktor, dərman müalicəsi tez-tez hiperaktivlik, narahatlıq, depressiya, yuxu və yemək problemləri, özünə zərər verən davranış və təcavüz baxımından faydalıdır. Bəs
    sosial münasibət problemləri və nitq pozğunluğu kimi əsas simptomları dəyişdirə bilir?

    Cavabla
    1. Təranə Kazımova

      Salam.Dogrudur düzgün diaqnoz müalicənin yarısıdır demək ki istər bu problemin istəsədə başqa xəstəliklərin müalicəsindən incə düzgün diaqnoz qoyulmalıdır.Ama diaqnoz qoymağa tələsmək lazım deyil ən azından bəzi hallarda Autizm də bunlardan biridir multidisiplinar yanasmayvə pasiyentin yaşı və düzgün izlənib yönləndirmə lazımdır.

      Cavabla
      1. Təranə

        Salam bəzi hallarda kompleks müalicə təyin olunur, bəzi insanlar isə psixoloq və duyu bütünleme təyinat veririk bunu mütəxəssisi individual fərdi olaraq uşaqla işlədikcə təyin edir dərman yalnız psixiatr təyinat verə bilər.

        Cavabla

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir