Deb

Baharın ən dəbli rəng ahəngləri – FOTOLAR

Baxış sayı: 508

Qış qarderobu adətən qara-qura rənglər üzərində qurulursa, bu klassik rəng bahar aylarında yerini müxtəlifliyə və daha əlvan çalarlara təhvil verir.

Rəngli geyinmək həm trenddir, həm də ki, əhval-ruhiyyəni 180 dərəcə sözün yaxşı mənasında dəyişərək sevinc və fərəh gətirir. Odur ki, dərinizdə qabıq bağlayan qaralarla vidalaşmağa dəyər. Oxucuları rənglərin uğurlu ahəngləri sayəsində müəyyən kombinlər yaratmağın yolları ilə tanış etmişik.

 

Yaşıl və bej

Показ Fendi весна-лето 2023

Ətrəngi əlbəttə ki, funksionaldır, lakin bəzən görünüşü vurğulamaq istəyirsən. Bu işdə yaşıl sizə çox kömək edəcək. Bej dəri tonuna mümkün qədər yaxındırsa, yaşılın parlaq çalarlarını seçin. Çox fərqlidirsə, o zaman püstə və ya zeytun tonlarına müraciət edin. Yeri gəlmişkən, ikinci rəng birləşməsi obrazı bahalı göstərir.

 

Ağ ilə mürəkkəb tonları

Показ off- white весна-лето 2023

Çalarların bu cəsarətli birləşməsi bu gün çox trenddir. Bu, hər gün populyarlıq qazanan idman üslubunun sayəsində baş verdi. Obrazı çoxsaylı rəng bloklarına bölməməyə çalışın, əks halda dəst çox yöndəmsiz görünəcək.

 

Çəhrayı ilə boz

Показ Givenchy весна-лето 2023

Keçən il hər kəs açıq yaşıl ilə boz geyinirdi, bu bahar isə yaşılı incə çəhrayı tonlar əvəz edəcək. Çəhrayı konfet tonları obraza hər zaman romantika bəxş edir. Eyni zamanda həm ciddi, həm də zərif görünmək istəyirsinizsə, çəhrayını bozla birləşdirin. Aydındır ki, boz üz ifadəsini bir qədər boğa bilər. Buna görə də, stilistlər üzünüzü vizual olaraq təravətli göstərmək üçün üst geyimi çəhrayı, alt geyimi isə boz tonlarda seçməyi məsləhət görür.

 

Solğun sarı ilə buz mavisi

Показ Loewe весна-лето 2023

Yanlış paltar və ya material seçsəniz, sarı ilə mavi birləşməsi ucuz görünəcək. Odur ki, günəş rəmzinin parlaqlığını “azaltmağa” dəyər. Bu zaman dəb oyununun qaydaları dərhal dəyişəcək. Bu birləşmə həm daha effektiv təsirə malikdir, həm də bahalı görünür.

 

Ağ ilə yaqut

2022-ci ildə tünd rənglər arasında şokolad tonları öndə idi, indi isə sıra yaqut çalarlarındadır. Sələfindən fərqli olaraq, parlaq palitra ilə həmişə uzlaşmır, lakin ağ ilə birləşdirildikdə nəticə əla alınır.

Показ Bottega Veneta весна-лето 2023