is

Bayram tətilindən sonra işə necə uyğunlaşmalı?

Baxış sayı: 1. 727

Tətil sonrası işgüzar həyata uyğunlaşma çətin mərhələdir. Bayram günlərindən sonra ötəri tənbəllik hissi çoxlarını bürüyür. İlk iş günləri isə xüsusilə ağır sayılır.

Psixoloq Ahmet Tuğrul Demirin bildirdiyinə görə, işləyənlər üçün uzun bayram tətillərinin əhəmiyyəti böyükdür: “Aylarla sürən ağır, yorucu, bir-birini təkrar edən günlərdən sonra işin stresindən uzaq, bol əylənmək və dincəlmək fürsəti olan tətil günləri fiziki, əqli və psixoloji cəhətdən insanın rahatlanmasına xidmət etsə də, tətil günlərinin sonunda əksər iş adamları iş günlərinə qayıtdıqda adaptasiya ilə bağlı problemlər yaşayır. Araşdırmalara görə, çalışanların yüzdə əllisi tətildən qayıtdıqdan sonra özlərini yaxşı hiss etmirlər”.

A.T.Demir deyir ki, bayramları sevilən, gözlənilən edən əslində uzun tətil günləridir: “Çünki uzun sürən yorucu iş tempindən sonra həm fiziki, həm də mənəvi yorğunluq başlayır. Tam bu həddə çatanda tətilə çıxmaq dincəlmək və stressdən qurtulmaq üçün əla fürsətdir. Novruz bayramı tətilini də bu şəkildə dəyərləndirən insanlar var. Ancaq tətilin son günlərində bir çox insanlar işgüzar həyata başlamaq istəmir və işgüzar həyata adaptasiya olmaqda çətinlik yaşayır. Tətildən sonra işə qayıtdıqda tez-tez baş ağrıları, yuxusuzluq, iştahsızlıq, səhər tezdən yuxudan dura bilməmək, bel və boyun ağrıları, işə həvəssiz getmək, gərginlik kimi şikayələr ortaya çıxar. Xüsusilə də, depressiya və qayğı pozuntusu keçirən insanlarda bu kimi şikayətlər daha çox olur”.

Demir qeyd edir ki, tətilə çıxmaqdan zövq almayan və ağır iş tempinə geri döndüyü üçün xoşbəxt olanlarsa nədənsə, bu proseslərə görə təsirlənməzlər: “Çalışmaqdan zövq almaları onların təkrar yoğun iş qrafikinə qayıdaraq problemsiz işgüzar həyatlarını sürə bilməsinə səbəb olur. Lakin insanların çoxu üçün tətil günləri bayram sonrası işə və günlük həyata adaptasiyanı çətinləşdirir və diqqəti cəmləməkdə problemləri artırır”.

Psixoloq Ahmet Tuğrul Demir

Onun sözlərinə görə, bayram günləri bitdikdən sonra işə adaptasiya vaxt alsa da, bu vaxtın qısaltma yolları var: “Həm işçilərin, həm də rəhbər işçilərin müəyyənləşdirdiyi kiçik planlarla bu prosesi daha asan keçmək mümkündür. İşə getməzdən əvvəl hazırlıq etmək, ilk iş həftəsinin çətin keçəcəyini əvvəldən qəbul etmək işə uyğunlaşmağı asanlaşdıra bilir. İlk həftə az, özünü çox yükləmədən işləmək həm sizin, həm də işgüzarlığınız üçün müsbət yatırım olacaq”.

Qeyd edək ki, bayram günlərindən sonra bəzi adamların əhvalı pisləşə bilər. Bu onunla izah olunur ki, bayram abu-havası yoxa çıxır. Şənlikdən sonra dərhal adi günlər, gündəlik işlər başlayır. Bayramdan sonra ilk iş günlərinə çoxları həvəssiz başlayır. Geriyə, bayrama dönmək həvəsi bir müddət insanları tərk etmir. İşdə ilk günlər darıxdırıcı olur. Tədricən işdən uzaqlaşmaq istəyi daha da güclənir. Belə ki, insanlar başa düşməyə başlayırlar ki, işə getmək lazımdır”.

Psixoloq deyir ki, tətildə olan enerjili və zövqlü həyat sonradan da davam etməlidir: “Tətil sonrası adaptasiya problemini çözmək üçün, son tətil günlərində gec saatlarda evə qayıdıb sabahsı gün səhər tezdən işə başlamaq olmaz. Bu səbəblə ən az tətildən bir gün əvvəl evdə dincəlmək lazımdır.

Tətil boyu iş və özəl həyatla bağlı sorğulardan uzaq qalmalısız. Bu sorğular psixoloji olaraq daha çox yorulmağınıza səbəb olacaq: “Belə olduğu halda tətilə çıxmağınızın sizin üçün bir mənası qalmaz”, – deyə, Dəmir əlavə edib ki, tətildən qayıtdıqda önəmli toplantılar, layihələr anidən özünüzü çox dəyişik hiss etməyinizə səbəb ola bilər. Bu səbəbdən də, işgüzar həyatınızın ilk həftəsini uyğun şəkildə proqramlaşdırmağa çalışmalısız.

Dəmir tövsiyyə edir ki, tətildə yaşadığınız hüzuru işə qayıtdıqdan sonra da davam etdirmək üçün hobbiləriniz, idman və özünüz üçün özəl zaman ayrılmalısız: “İlk həftələrdə daha yumşaq bir keçid üçün iş günü bitdikdən sonra dostlarınız və ailənizlə birlikdə teatra, kinoya, konsert və s kimi yerlərə getməlisiz. Bundan başqa qidalanma vərdişlərinizi yenidən gözdən keçirərək tətil boyu qidalanma ilə bağlı pozulan vərdişlərinizi yenidən planlaya və özünüzü daha xoşbəxt hiss edə bilərsiz”.

Ekspertlərə görə, bayramdan sonra depressiyaya düşənlər də olur. Bayram günlərinin ötməsinə baxmayaraq, insanlar onun davam etməsini istəyir. Bir çox hallarda belə depressiya bayramdan gözlədiyimizi ala bilməməyimizlə izah olunur.

 

Aynurə Məmmədova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir