xestelik

Bu yazı siqaret çəkən kişilər üçündür! – OXUYUN

Baxış sayı: 356

Bəzi xərçəng növləri kişilərə qadınlardan daha çox təsir edir. “Gencaile.az” ən çox kişilərdə olan xərçəng növləri və bu xərçəng növlərindən qorunma yollarından bəhs edir.

 

Prostat xərçəngi

Araşdırmalara görə, prostat xərçəngi kişilər arasında ən çox yayılan xərçəng növlərindən biridir. Prostat xərçənginin əsl səbəbi bilinmir. Bununla yanaşı, bəzi risk faktorları xəstəliyin yaranmasına səbəb olur. Prostat xərçəngi daha çox 55 və yuxarı yaşlı kişilərdə, ailəsində, xüsusilə atası və qardaşlarında prostat xərçəngi olan və çox yağlı qidalanan insanlarda müşahidə edilir.

 

Ağciyər xərçəngi

Kişilərdə daha çox müşahidə edilən ağciyər xərçəngi, prostat xərçəngindən daha ölümcül xərçəng növüdür. Bədənin digər bölgələrinə yayıldığı halda daha da çox təhlükəli hal alır. Mütəxəssislər ağciyər xərçəngindən qorunmanın tək yolunun siqaretdən imtina etmək olduğunu söyləyirlər. Çünki araşdırmalar sübut edib ki, ağciyər xərçəngindən ölənlərin 80% -i ağır siqaret asılısıdırlar.

 

Yoğun bağırsaq xərçəngi

Xüsusilə 50 yaşdan yuxarı kişilərdə müşahidə edilən yoğun bağırsaq xərçəngindən qorunmanın tək yolu sağlam həyat tərzidir. Siqaret və spirtli içki istifadəsi, oturaq, fəaliyyətsiz həyat tərzi, piylənmə, işlənmiş ət növlərindən həddindən artıq istifadə yoğun bağırsaq xərçəngi riskini artırır.

 

 

Sidik kisəsi xərçəngi

Daha çox 70 yaşından yuxarı kişilərdə müşahidə edilən sidik kisəsi xərçəngi riski siqaret çəkən insanlarda daha çox olur. Bu xərçəng növündən qorunmaq üçün siqaretdən imtina etmək və sağlam qidalanmaq lazımdır.

 

Dəri xərçəngi

Tez-tez rast gəlinən xərçəng növlərindən biri olan dəri xərçənginin qarşısını almaq üçün dərini zərərli günəş şüalarından qorumaq, günəş eynəyi və günəş qoruyucu kremlərdən istifadə etmək vacibdir. Solyari də eyni dərəcədə təhlükəlidir. Bədəninizdə yeni meydana gəlməyə başlayan və keçməyən sızanaqlar, ləkələr varsa, tez bir zamanda həkimə müraciət edin.

 

Böyrək xərçəngi

Böyrək xərçəngi də qadınlara nisbətə kişilərdə daha çox baş verir. 60 yaşından yuxarı kişilər isə daha çox risk altındadır. Qanlı sidik, böyrək bölgəsində şişmə və ya yumru meydana gəlməsi, davamlı ağrı hiss etmək böyrək xərçənginin əlamətləri arasındadır. Bu xərçəng növünü yaradan başlıca faktorlar yüksək təzyiq, piylənmə və siqaret istifadəsidir.

 

Ağız və qırtlaq xərçəngi

Tütün və spirt istifadəsi, qeyri-sağlam qidalanma, HPV infeksiyaları ağız və qırtlaq xərçəngi riskini artırır. Bu xərçəng növündən qorunmaq üçün daha sağlam bir həyat tərzi və sağlam qidalanmaq vacibdir.

 

Pankreas xərçəngi

Araşdırmalara görə, bu il Amerikada pankreas xərçənginə tutulan 23.000 nəfərdən 20.000-i həyatını itirib. Daha əvvəl piylənmə, şəkərli diabet, pankreatit problemi yaşamış insanların pankreas xərçənginə tutulma riski daha yüksəkdir. Çox işlənmiş ət və spirt istifadəsi də riski artırır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir