qehve

Çox qəhvə içmək mədədə qastrit yaradır?

Baxış sayı: 346

Pəhrizdə şorba çatışmazlığı, həmçinin qəhvə, sitrus meyvələri və ədviyyatlı qidaların həddindən artıq istehlakı mədədə qastritin inkişafına səbəb ola bilərmi?

Bu sualı MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi, terapevt, ailə həkimi Nərminə Abbasova cavablandırıb.

Nermine Abbasova

Ümumiyyətlə qəbul edilir ki, naharda şorba yeməsəniz, çoxlu qəhvə içsəniz və ədviyyatlara həddən artıq can atsanız qastrit yaranır. Ancaq həkimlər bu məşhur rəylə tam da razılaşmırlar. “Gencaile.az” saytına açıqlamasında mədə mukozasında iltihablı dəyişikliklərin niyə baş verdiyini izah edib.

O bildirib ki, qastrit və mədə xorası xroniki yoluxucu xəstəliklərdir. Onlar bakteriyalardan qaynaqlanır. “Unutmayın ki, “helicobacter pylori” bakteriyası eroziv qastrit kimi yoluxucu xəstəliyin əsas səbəbidir”,- deyə həkim bildirib.

Əgər sizdə əksər hallarda qastritin səbəbi olan “helicobacter pylori” yoxdursa, nə yeyib-içdiyinizdən asılı olmayaraq sizdə diskomfort, mədə yanması ola bilər, ancaq sizdə mədədə eroziya, xoralar və ya iltihablar olmayacaq.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir