dil

Dil xərçəngi nədir?

Baxış sayı: 1. 828

Xərçəngin bu növü hansı səbəblərdən yaranır?

Dil ağız içərisində ən çox müşahidə edilən xərçəng növləri arasında yer alır. Bəzən dil xərçənginin ilkin əlamətlərinə diqqət yetirilmədiyi üçün səhhətdə ciddi problemlər yarada bilir. Bu növ vücudda sürətlə yayılır.

 

Ağız daxilində xərçəng harada yarana bilər?

– Ağız dabanı, dil altı;

– Diş əti, çənə sümüyü;

– Yanaq;

– Damaqlar;

– Dodaq.

 

Bəs dil xərçənginin əlamətləri nədir?

– Dildə qırmızı, ağ ləkələrin olması və bunların zaman daxilində böyüməsi və qabarıq halda olması,

– Yemək yeyən zaman diş ətlərinizdə anidən qanama

– Çeynəmə və udqunmada çətinlik yaranarsa

– Dildə yaraların çıxması

– Qulaqlara qədər vuran şiddətli boğaz ağrısı

– Nəfəsin pis gəlməsi

– Bu əlamətlər müşahidə edilərsə dərhal həkimə müraciət edilməlidir.

 

Bəs yaranan bədxassəli şişlərlə xoşxassəlinin fərqi nədir?

Vücudda yaranan xoşxassəli şişlər adətən yavaş inkişaf edən, digər orqanlara sıçrama verməyən şiş növüdür. Bədxassəlilər isə sürətlə böyüyür (hətta həftələr daxilində ola bilər). Ətraf nahiyyələri işğal edir. Ətraf orqanlara sıçrayır. Müalicə edilmədikdə isə həyat üçün təhdiddir.

 

Dil və ağız içi xərçəng növlərinin yaranma səbəbi nədir?

– Siqaret, tütün məhsullarının istifadəsi

– Spirtli içkidən həddindən çox istifadə

– Ağız üçün düzgün olmayan diş protezləri

 

Kimlərdə görülür?

Adətən 30 yaşdan yuxarı insanlarda müşahidə edilir. Nadirən də olsa uşaqlarda və gənclərdə də müşahidə edilə bilər.

 

Əgər dil üstü və ya altında rəng dəyişimi, ağrıları 2-3 həftədən artıq müşahidə edilirsə təcili həkimə müraciət edilməlidir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir