dis fircasi

Diş fırçasını düzgün seçməyin asan yolları

Baxış sayı: 324

Diş fırçasını düzgün seçmək dişlərinizin və diş ətlərinizin sağlam olmasında böyük rol oynayır.

Stomatoloq Anastasiya Borodina diş fırçasını seçərkən nələrə diqqət edilməli olduğu haqda məsləhərlərini bölüşüb.

Mütəxəssisin sözlərinə görə, diş fırçası alarkən tüklərin sayına, iş səthinin sahəsinə diqqət yetirməli, əyilmiş tükləri olan fırçalardan yan keçmək məsləhətdir. Həmçinin sərt diş fırçaları almaqdan çəkinməlisiniz, çünki onlar diş ətinizə zərər verə bilər. Həkimin sözlərinə görə diş fırçasının tükləri əyri və ya ziqzaq olmamalıdır.

Diş fırçası kiçik bir işçi səthə malik olmalıdır – bu, daha səmərəli təmizləməyə və gigiyena prosedurunun səmərəliliyini artırmağa imkan verir. Bu halda, fırçadakı tüklərin sayı 1560 ilə 7600 ədəd arasında olmalıdır.

Həkim diş fırçasını ən azı üç ayda bir dəyişməyi və bakteriyaların çoxaldığı hallarda saxlamamağı tövsiyə edib.

 

Cəmilə




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir