tehsil

Dövlətin pulu ilə xaricə təhsil dalınca gedənlər niyə geri qayıtmırlar?

Baxış sayı: 518

Bu günlərdə millət vəkili Vahid Əhmədov bildirib ki, təhsil üçün xaricə göndərilən gənclər oradakı yaxşı yaşayışı, əmək haqqının yüksək olmasını görüb geri qayıtmırlar.

 

Gənclərin geri qayıtmamasının səbəbləri nədir?

Oxumaq üçün xaricə gedən gənclərin xeyli hissəsinin geri qayıtmadığını deyən təhsil üzrə ekspert İlqar Orucov qeyd edir ki, bunun əsas səbəblərindən biri, həmin ölkələrdə bu gənclərə təhsillərini başa vurduqdan sonra böyük iş imkanlarının yaradılmasıdır:

“Biz həmin gəncləri ittiham edə bilmərik ki, nə üçün geri qayıtmırsınız. Beyin axını bəlkə də ölkə üçün hansısa boşluqlar yarada bilər. Bu gənclər Azərbaycanda olsaydı, daha fərqli olardı, amma yenə də seçim onlarındır. Onlar üçün həmin ölkələrin əmək bazarında təkliflər çoxdur. Azərbaycanın isə əmək bazarı kiçikdir. Bu gənclər təhsil üçün getdikləri ölkələrdə daha yüksək əmək haqqı qarşılığında qalırlar”.

Ответственный секретарь Общественного совета при министерстве образования Ильгар Оруджев - Sputnik Azərbaycan, 1920, 08.01.2023

Ekspert hesab edir ki, Azərbaycanın əmək bazarında bu kadrlara ehtiyac olduğu təqdirdə onların maddi tələbatları qarşılanmır.

“Əgər biz xaricdə təhsil almış gəncə dünya əmək bazarındakı imkanları yaratmırıqsa, çox zərərli bir tendensiyanın əsasını qoymuş oluruq”, – deyə o, əlavə edib.

Bununla belə, İ.Orucov düşünür ki, həmin gənclərin fəaliyyətlərini xaricdə davam etdirməsinin ölkəmiz üçün xüsusi əhəmiyyəti də var:

“Bu gənclərin xaricdə qalması həm də diaspora fəaliyyətinin güclənməsi üçün faydalıdır”.

Təhsil üzrə digər ekspert Kamran Əsədov rəqəmlərə istinadən bildirir ki, azərbaycanlı gənclər ölkə başçısının 2007-2015-ci il “Xaricdə təhsil” proqramı çərçivəsində ilk dəfə xaricdə təhsilə yollanıblar:

Эксперт в области образования Кямран Асадов - Sputnik Azərbaycan, 1920, 08.01.2023
 “Bu proqram çərçivəsində 5 min azərbaycanlı gəncin xaricdə təhsil alacağı proqnozlaşıdırılsa da, ümumilikdə üç min beş yüz tələbə bu illər ərzində xaricdə təhsil aldı. Belə bir proqramın tətbiqində məqsəd ölkədə rəqabətə davamlı və dayanıqlı iqtisadiyyatın formalaşması, xidmət sektorunda keyfiyyətin yüksəldilməsi idi. Çünki bizə dünyanın yüksək səviyyəli universitetlərində təhsil alıb bütün yenilikləri bilən mütəxəssislər lazım idi. Bu proqram çərçivəsində azərbaycanlı gənclər dünyanın ən nüfuzlu universitetlərində təhsil aldılar. Bu proqrama 90 milyon manatdan çox vəsait ayrıldı. Təəssüflər olsun ki, üç min beş yüz nəfərdən təxminən iki min nəfəri geri qayıdıb. Təxminən min beş yüzdən çox məzun həmin ölkələrdə qalaraq işləyiblər”.Əsədov onu da qeyd edir ki, 2022-2026-cı illər “Xaricdə təhsil” proqramı ilə iki min azərbaycanlı gəncin xaricdə təhsil almağa göndərilməsi nəzərdə tutulur:

“Yəni, bununla təxminən hər il 400 azərbaycanlı gəncin xaricdə təhsil üçün göndərilməsi planlaşdırılır. Həm indiki, həm də bundan əvvəlki proqramda təhsil üçün göndərilən gənclərin Azərbaycana qayıtması ilə bağlı məcburi tələb yoxdur. Onların ölkəyə qayıtmama səbəblərinə gəldikdə isə, bu gənclərə avropada təhsil aldıqları müddətdə hər ay 3 min dollar təqaüd verilib, lakin ölkəyə qayıtdıqda 600 manat əmək haqqı təklif olunur”.

Ekspert bildirir ki, təklif olunan bu vəsaitin qarşılığında həmin məzunlar gəlib Azərbaycanda işləməzlər:

“Hesab edirəm ki, dövlət hesabı ilə xaricdə təhsil alanların təminatları artırılmalıdır. Əməkhaqqı məsələsi burada ən ciddi faktordur. Perspektivli kadrlara təklif olunan əməkhaqqı onların geri qayıtması üçün yetərli deyil”.

Təhsil üzrə digər ekspert Elşən Qafarov bildirir ki, birinci dövlət proqramında çox ciddi səhvlərə yol verilib:

“Müəyyən tanışlıqlarla məmur övladları da təhsil üçün xaricə getdi, onların bir çoxu bu təhsillərini tamamlaya da bilmədilər. Beləcə, dövlətin vəsaiti havaya sovruldu, layihə iflasa uğradı. Lakin hazırda icra olunan layihənin daha uğurlu olacağına inanıram. Elm və təhsil naziri özü də bu layihədən yararlanan, ölkəyə qayıdan şəxslərdən biridir”.

Эксперт Эльшан Гафаров - Sputnik Azərbaycan, 1920, 08.01.2023
Ekspert onu da vurğuladı ki, bu gənclərin ölkəyə qayıtmaması faciə deyil, yetər ki, onlar Azərbaycan adına nələrsə etsin, diaspora fəaliyyətini gücləndirsinlər.
Nigar İsgəndərova



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir