makiyaj

İdeal üz dərisinə necə malik ola bilərsiniz?

Baxış sayı: 1. 187

Minimum makiyaj ilə parlaq dəriyə sahib olmaq istəyən xanımların sayı heç də az deyil. Qadınların bu arzusunu nəzərə alan “Gencaile.az” saytı Türkiyə mediasına istinadla ideal üz dərisinə malik olmanın yeni bir üsulunu təqdim edir.

Nəzərə alın ki, üzünüzə ağırlıq vermədən istifadə edə biləcəyiniz minimal makiyajla daha parlaq dəri əldə etmək mümkündür.

Yaxşı soyma proseduruna sahib olmaqla, dərinizin solğunluğunu aradan qaldıra bilərsiniz.

Minimum və təbii parıltılı bir makiyaj görünüşü üçün yüksək tərkibli ağır təməl yerinə yeni nəsil rəngli nəmləndiricilər seçməlisiniz. Rəngli nəmləndiricilər həm dəri tonunu balanslaşdırır, həm də dərinizə təbii parıltı verir.

Makiyaj etmədən əvvəl dərinizdəki problemlərə ciddi diqqət yetirin. Məsələn, gözaltı “torbalar”ı aradan qaldırmaq üçün buz parçası ilə göz ətrafını masaj edin. Bu tətbiq həm dərinin şişkinliyini azaldır, həm də dərini bərkidir.

Dərinizin rəng tonunu balanslaşdırdıqdan sonra yanaq sümüklərini və günəşlə əlaqə nöqtələri ənlik və parlaqlaşdırıcı vasitələrlə rəngləyə bilərsiniz. Bu sizə daha təbii və sağlam görünüş verəcək.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir