paltar

İşgüzar xanımların payız dəbi – FOTOLAR

Baxış sayı: 542

Neçə onilliklərdir ki, moda qadınların azad olmaq və özlərinə inamı artırmaq üçün yeni yollar axtarır və tapır. Yeni tendensiya öz başlanğıcını 1980-ci illərdən alıb. O dövrdə artıq qadınların rəhbər vəzifələr tutması sosial normaya çevrilmişdi. Bir çox payız-qış şoularında qadının daxili gücünü ön plana çəkən ciddi obrazlar nümayiş olunurdu, onların əsas leytmotivi isə orta uzunluqda ətəkli ofis kostyumları idi.

Belə dəstlərin müasir dəbə uyğunlaşdırılmış versiyaları bu payızın əsas trendləri olmağa hazırlaşır.

Bəs 80-ci illərin ciddi ofis geyimi ilə 2022-ci ilin payız-qış dəbi arasında nə kimi fərq var? Bu gün özümüzə inanmaq, dünyaya sevgi və enerji ötürmək üçün kişiləri təqlid etməyə ehtiyac duymuruq. Əvvəllər geniş çiyin xətti, düz kəsim və geniş şalvar cəsarətli seçim sayılırdı, indi isə qadın kostyumları dərin zəriflik qazanıb.

“Prada”, “Alexander McQueen” və “Chanel” kimi moda evlərinin kolleksiyalarındakı siluetlərə nəzər salsaq, klassik qum saatı, beli vurğulayan kəmərlər, qeyri-adi dekolte və digər seksual detallar tapa bilərik.

Eyni zamanda pandemiya ilə əlaqədar onlayn işləmək geniş yayıldığı üçün yeni reallıq öz sözünü deyir və ofis dress-kodu anlayışı getdikcə az aktuallaşır. Bu o deməkdir ki, siz özünüzə həmişəkindən daha çox inam bəxş edən dəbli kostyumlar geyinə bilərsiniz.

Rəng çalarlarına gəldikdə, yayda şən konfet çalarlarına üstünlük verən dizaynerlər onları payızda qara, qəhvəyi, mürəkkəb, dərin zümrüd və tünd qırmızı ilə əvəz edirlər.

GEYIM 1

 

geyim 3

geyim 4

geyim 2

geyim 6

geyim 5




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir