Zumrud Haqverdiyeva

Psixoloji yorğunluğu göstərən əlamətlər hansılardır? – “SEANS VAXTI”

Baxış sayı: 478

Yorğun hiss etməyin həm fiziki, həm də zehni səbəbləri ola bilər. Bədəninizin deyil, ruhunuzun yorğun olduğunu göstərən bir neçə əlamətləri qeyd edəcəyik.

1) Gecə yuxusundan sonra hələ də yorğunluq hissinin olması

Kifayət qədər yatdığınız zaman belə özünüzü rahat hiss etmirsinizsə, bu, vacib bir əlamət sayıla bilər. Yatmaqla bədəniniz  dincələ bilər, ancaq ruhunuz dincələ bilməz.

2) Tez-tez xəyallara dalmaq və reallıqdan qaçmaq Xəyal quraraq  həqiqətlərindən qaçmaq mənəvi yorğunluğun ən mühüm göstəricilərindən biri sayıla bilər.

3) Həvəssizlik və biganəlik.

Əgər ətrafınızda baş verənlərə biganəsinizsə və heç nə arzulamırsınızsa, yorğunluğunuz fiziki deyil, mənəvi ola bilər.

4) Əhval-ruhiyyənin anidən  dəyişməsi.

Anidən  gülməyə və ya ağlamağa başlayırsınız?  Olmayacaq  şeylərə qarşı inciklik göstərirsiniz? Əgər bu qəfil əhval dəyişikliyini yaşayırsınızsa, ruhunuzu dincəlməyə ehtiyacınız ola bilər.

5) Özünü “Yaxşıyam” kimi göstərmək.

Özünüzü və ətrafınızdakıları yaxşısınız deyə aldadırsanız, qarşılaşacağınız ilk problem yorğunluq olacaq.

6) Özünüzü yalnız  hiss etmək .

Ətrafınızdakı insanlardan uzaqlaşsanız və ya onların sizi anlamadıqlarını düşünərək sussanız, heç bir problem həll olunmayacaq. Əksinə, problemlərinizlə təkbaşına mübarizə aparanda daha çox yorulacaqsınız.

7) Başqalarından gizlənmək istəyinin olması.

Bir küncdə oturub hamıdan, hər şeydən uzaq qalmaq mümkün deyil. Bu hissi yaşadığınız halda ictimai həyatınızı davam etdirmək işləri daha da çətinləşdirə bilər.

8) Mənfi fikirlərin olması.

Əgər ağlınıza müsbət şeylər yerinə mənfi fikirlər gəlirsə, fiziki olaraq deyil, ruhən yorğun ola bilərsiniz.

 

Zümrüd Haqverdiyeva

“Bilmed” Psixologiya Nitq inkişafı və Reabilitasiya mərkəzinin psixoloqu




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir