QADIN HEBSXANALARI

Qadın həbsxanaları ilə bağlı İNANILMAZ FAKTLAR

Baxış sayı: 1. 604

Cinayət qalaktikasında qadın türmələri adlı planet var. Bütün dünyanın alışdığı cinayət qanunları həmin planetdə keçərli deyil. Yazılmamış sərt qanunlara hər bir qadın əməl etmək məcburiyyətindədir. Məsələn hər bir kamerada “böyük” deyilən ən hörmətli bir nəfər olmalıdır. O, qadağan olunmuş əşyaların kameraya girməməsi üçün çalışmalı, və səhmanı digər qadınlara da aşılamalıdır.

Qadınlar kişilərdən fərqli olaraq dava, soyğun kimi cinayətləri daha az törədirlər. Bu baxımdan qadın türmələrində vəziyyət fərqli olur. Daha çox məişət zəminində baş vermiş cinayətin müəllifinə çevrilirlər. Bu isə qadınların emosiyalarına qapılıb hiddət anında bəzən şüurlu düşünmədikləri ucbatından baş verir. Qadın zorakılığının qurbanı adətən ərləri, sevgililəri, hətta ərlərinin məşuqələri olur. Qadınlar kameraya düşəndə kişilər kimi liderlik uğrunda mübarizə də aparmırlar. “Böyük” sayılanın köməkçiləri də olur. Hətta “ailə” deyilən bir anlayış da var. Bu heç də isti doğmalıq münasibəti deyil. Sadəcə gələn ərzaqlar, kosmetik vasitələr bölüşdürülür. Adətən bir kamera 40-60 nəfərlik olur. Kameranın ən yuxarı küncündə cəmi bir çarpayı olur ki, orda da böyük yatır. Boyük və köməkçiləri mətbəxdə olduqları müddətdə qızlara giriş qadağandır. Onlara həmçinin kamerada söymək qadağası da var. Bəzən qadınların arasında intim münasibət də formalaşa bilər ki, bu da türmə həyatı üçün normal sayılır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir