kisi-qadin

Qadınların eşq həyatında etdikləri səhvlər

Baxış sayı: 1. 428

Qadınların etdikləri səhvlər ailə münasibətlərinin bitməsinə, ya da laqeydlik və soyuqluqla davam etməsinə səbəb olur. Mehriban, səmimi bir ailə həyatı yaşamaq istəyirsinizsə, bu səhvlərdən uzaq durun, çünki kişilər belə qadınları sevmir.

Qadın və kişi fitrət olaraq fərqli yaradılmışdır. Qadınla qadın arasında da fərqlərin olduğu danılmazdırsa, kişi ilə qadının davranışlarının eyni səviyyədə olmasını gözləmək sadəlövhlük və sentimentallıqdan başqa bir şey deyil. Amma çətin də olsa, qadın və kişinin bir-birini anlaması münasibətlərin xoş məcrada davam etməsi üçün bir ortaq nöqtənin gözlənilməsi lazımdır. Kişilərin öz qadınında görmək istəmədiyi, qadınların isə münasibətlərində əl çəkmədiyi bir çox davranışlar varki, onlar münasibətləri mənfi istiqamətdə davam etməsinə yol açır.

 

 

Kişilərin təbirncə, “dırdır” olmayın

Sevgilinizinetdiyi hər şeylə bağlı narazılıq edirsinizsə, özünüzü yeniləməkdə fayda var.

Yoldaşınızın etdiyi hər şeyi, hətta hansısa yanlış bir hərəkəti addımbaşı dilinizə gətirib danışırsınızsa, onu yanlış çıxarmağa, utandırmağa səbəb olursunuzsa, bu xasiyyətinizdən əl çəkməlisiniz. Hansısa bir xətanı yaranan adi mübahisədə dilə gətirib ərinizi aciz və utanc hala gətirməklə susdurmağa nail olmaq istəyirsinizsə, belə yanaşma onun sizdən daha qaçmasına, evə soytuqlaşmasına səbəb olur. Bir az tolerant olmağa, sevgilinizin etdiyi hansısa hərəkətə nə qədər acığınız gəlsə belə, qarşınızdakını sıxmamanız lazımdır.

 

 

Danışmağa məcbur etmək yersizdir

Qadınlar gündə təxminən, 20 min söz sərf edirlər. Kişilər isə 7 min söz. Kişilər onsuz da gün ərzində 7 min sözdən istifadə edirlər. Axşam evə gələndə isə susmağı üstün tuturlar. Əgər qadın kişinin danışması üçün israr edirsə, ər bundan razı qalmaz və sizə bunun bir faydası olmaz.

 aile

Hədsiz dərəcə qısqanmaq olmaz

Daim axtarmaq və yanında kimlərin olduğunu soruşmaq, mühakimə etmək doğru münasibət deyildir. Məsələn, hər dəfə ondan “işə gedərkən qonşı binadalı qadınla həmişə eyni avtobusa minirsən”, “niyə bütün şəkillərdə filən qadın həmişə sənin yanında olur?, “səndən həmişə ətir iyi gəlir”, “qonşum səni filan yerdə görüb ” və s bu kimi suallarla qısqanclıq ambisiyaları aranızdakı səmimiyyəti getdikcə zədələyir . Əri daim sorğuya çəkmək və üzərində təzyiq yaratmaq ayrılıqlara səbəb olur.

 

Xəfiyyə kimi davranmaq mənasızdır

Ərin cib telefonunu, sosial şəbəkələrindəki əlaqələrinə gizlin olaraq müdaxilə qadının davamlı bir şübhə içinə sürükləyir və əri ilə arasındakı əlaqəyə zərər verir. Bu əməllərdən özünüzü saxlamalısınız.

 

Anlamasını gözləmək

Kişilərin qadınlar kimi ətraflı düşünmədiyi elm tərəfindən çoxdan açıqlanıb. Odur ki, hansısa bir kişinin qadın kimi təfsilatlı düşünməsini gözləməyin. Əgər siz də bir şey demək istəyirsinizsə, işarə edərək deyil, birbaşa söyləməyiniz lazımdır.

 aile

İntim həyatı  bir silah olaraq istifadə etmək

Bəzən deyirliklər ki, intim münasibətlərin yetərincə olmaması ailə münasibətlərinin soyuq olmasına, hətta pozulmasına gətirib çıxarır. Amma bunlar yanlış.Bu, ailə həyatının özəl və yalnız tərəflərin özlərinə aid hissəsidir. İntim həyat da lazımdır, amma onu da ağayana. Hansısa Qərb seriallarında rast gəldiyimiz epizodlarda olduğu kimi yox, böyük ehtiram bəslədiyiniz, uşaqlarınızn atası ilə olmalı olduğu kimi.Eləcə də ərlər qadınlarına seks köləsi kimi baxmamalıdır. Bu o qədər səmimi, mehriban ünsiyyətdən sonra təbii  halına gəlməlidir ki, çox vaxt   heç onun baş verdiyi hiss edilməsin də, sezilməsin də, amma , halbuki, olub. Əksinə,  qadının intim həssaslığı bir müddət sonra ərdə ona qarşı şübhələr yarada bilər.

 

Uşaq kimi davranmayın

Kişilərə dodaqlarınızı büzərək, uşaq hərəkətləri edərək danımaqla xoşlanacağınız düşünürsünüzsə səhv yol verirsiniz. Telefonda uşaq kimi çıxarılan qəribə səslər heç bir kişinin xoşuna gəlmir. Diqqət çəkmək istəyirsinizsə, uşaq hərəkətləri ilə deyil, demədən, danışdıqlarınızın məzmunu və ruhu ilə qadını olduğunuz göstərərək bunu etməlisiniz.

aile

Dəyişdirməyə çalışmayın

Ailə həyatı qurduğunuz şəxsə necə aşiq olmusunuz, qoyun, o, qəlbinizə başlanğıcda necə daxil olubsa, eləcə də qalsın. Yoxsa, onu bir centlmenə çevirməyi özünüzə vəzifə seçməyin. Beləsinizsə, onda niyə əvvəldən məhz istədiyiniz centlmeni seçməmişdiniz?
Mən həmişə, qadınların təsir etmək, nəinki uşağı, hətta kişiləri də dəyişə bilmək, təsir etmək imkanlarını qəbul etmişəm və yaxşı qəbul etmişəm. Bunu demədən, nümayiş etdirmədən etmək lazımdır. Qadının hər hansı bir yanaşması, mövqeyi düşüncəli bir ər tərəfindən laqeyd qalına bilməz. Səssiz-səmirsiz bunu etmisinizsə, bacarmısınızsa, bu, əsl sevgidir.Bir az səbrli olmaq lazımdır. Hansısa istək üçün 10 addım atıb zəhmətiniz hədər gedibsə, usanmamalı, geri çəkilməməli, qayıdıb ilk addımdan başlamaq lazımdır. Şəhanə sevgi budur.

aile

Müqayisə etmək məsləhət deyil

Sevgilinizi ətrafınızdakı digər kişilərlə, hətta keçmiş sevgilinizlə ürəyinizdə müqayisə etmək sizə heç bir şey verməz. Əksinə, ərinizin sizdən uzaqlaşmasının səbəb ola bilər. Başqaları ilə müqayisə etdiyiniz əriniz daha heç vaxt sizing qəlbinizdə ucala bilməz. Kişinin bir qadını olar, qadının da bir əri. Əsl sevgililər belə olmaq üçün çalışanlardır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir