canta

Saxta ilə orijinal çantanı fərqləndirən 7 üsul – FOTOLAR

Baxış sayı: 1. 335

Bahalı brend çanta almaq maşın almaq kimi çətindir. Hər detalı yoxlamaq və bu işə məsuliyyətlə yanaşmaq lazımdır. Bununla belə, bəzi istehsalçılar adlı-sanlı brendlərin məşhur çanta modellərini müştəriyə saxta adı ilə sırıyır.

“Gencaile.az” oxucuları saxta çantaları orijinaldan fərqləndirən 7 üsulla tanış edir.

 

Detallara diqqət

Adlı-sanlı brendlər çantaların üzərində defektin olub-olmasını çox diqqətlə yoxlayır. Qeyri-dəqiq tikişlər, görünən saplar və digər xırda qüsurlar bahalı çantalarda yolverilməzdir. Həm də yüksək səviyyəli məhsullar bir qayda olaraq əllə tikilir. Ona görə də hər hansı defektdən söhbət gedə bilməz.

 

Zəncirbənd

Furnitura da xüsusi diqqət yetirirlər: zəncirbənd, pərçimlər və digər dəmir detallar ideal şəkildə yerinə yetirilir. Və tez-tez onların üstündə keyfiyyət nişanı və markanın orijinallığını bildirən işarələr qeyd olunur. Məsələn, Hermes çantalarında “Hermes Paris made in France” ştampı, basma hərflər, buraxılış ili kəmərdə gümüş nömrələrlə qeyd olunur.

 

Material

Tanınmış markalar kobud dəridən istifadə etmir. Dəri nazik olsa da, çox keyfiyyətli materiallardan olur. Rəngləmə çox hamar və heç bir iz olmadan aparılır. Bundan başqa orijinal çantalar yaxşı bükülür və dərhal öz formasını bərpa edir.

 

Brendin adı

Amma detalları axtaran zaman biz ən başlıca məqamları – brendin adını nəzərdən qaçırırıq. Saxta çantalarda brendin adını əyri-üyrü hərflərlə yazılır və çoxlu səhvlərə yol verilir.

 

Seriyalı nömrə

Seriyalı nömrəsi saxta çantanı orijinaldan fərqləndirən ən mühüm əlamətdir. Nömrə etiketə elə bağlanıb ki, onu çıxarmaq və ya pozmaq mümkün deyil. Saxta versiyada isə etiket adi yapışqanla yapışdırılıb və asanlıqla qopur.

 

Qablaşdırması

Unutmayın: Bahalı brendlərin qablaşdırması da həmişə ən keyfiyyətli materialdan düzəldilir və bahalı olur. Qablaşdırma hər hansı nöqsandan ( Ləkələr) tamamilə məhrumdur. Əlavə aksesuarların hər biri xüsusi qablaşdırılır və qutular heç vaxt ayrıca hədiyyə kimi təqdim olunmur.

 

Brendin əlaməti

Mağazaya getməzdən əvvəl brendin fərqləndirici əlamətləri ilə tanış olun. Unutmayın ki, hər brend öz dizaynı ilə seçilir. Məsələn, “Prada” orijinal modelin astarı heç vaxt çox dəri ilə zidd rəngdə olmur. Astarın dəriyə uyğun çalarda seçilməsi “Prada”-nın firma üslubundan biridir. “Dior”-un çantalarının astarı isə al-qırmızı astardan tikilir və onun üzərində brendin loqotipləri olur.