OFİS

Uğurlu iş qadını olmaq üçün 8 tövsiyə

Baxış sayı: 348

Necə uğurlu iş qadını olmaq olar? Əgər sizi də bu sualın cavabı maraqlandırırsa, deməli, bu yazı sizin üçündür. Beləliklə, müvəffəqiyyətli bir iş qadını olmağa dair bəzi praktik məsləhətləri təqdim edirik.

 

1 – MÜVƏFFƏQİYYƏTLİ QADINLAR HAQQINDA OXUYUN

Biznes və digər sahələrdə müvəffəqiyyətli olan bir çox qadın vardır. Uğurlu qadınların keçmişini və karyera yolunu araşdırıb öyrənməyiniz motivasiyalı olmağınıza və ilham almağınıza köməkçi olacaqdır. Uğurlu qadınların hekayələrini oxumağınız onların necə müvəffəqiyyətli olduqları və proses zamanı hansı çətinliklərlə qarşılaşa biləcəyiniz barədə fikirlər verəcəkdir.

İnternet müvəffəqiyyətli iş qadınlarını araşdırarkən sizin üçün gözəl bir qaynaq olacaqdır. Forbes və Harvard Business School kimi internet saytlarında maraqlı və öyrədici bəzi məqalələr tapa bilərsiniz.

 

2 – ÇALIŞDIĞINIZ SAHƏDƏKİ MÜVƏFFƏQİYYƏTLİ QADINLARI ARAŞDIRIN

Fəaliyyətdə olduğunuz sahədəki müvəffəqiyyətli qadınların oxuduğu universitetləri, iştirak etdikləri təcrübə proqramlarını, ilk iş təcrübələrini və karyeralarına gedən yol ilə əlaqəli digər məlumatları araşdırın.

Bu qadınların nələri doğru etdiyini öyrənin və daha sonra bu məlumatları öz karyera planınızda istifadə edin.

 

3 – DAHA AZ QADININ ÇALIŞDIĞI SAHƏLƏRİ NƏZƏRDƏN KEÇİRİN

Tarixə nəzər salsaq qadınların elm, mühəndislik, texnologiya, riyaziyyat və kompüter elmi kimi sahələrdə daha az çalışdığını görərik. Bu sahələrin birində fəaliyyət göstərən qadın digər qadınları da bu sahələrdə çalışmağa təşviq edə bilər.

 

4 – İŞ VƏ AİLƏ HƏYATINIZ ARASINDA NECƏ BALANS YARADACAĞINIZA QƏRAR VERİN

İşləyən və ya işləmək istəyən qadınların ən böyük narahatlıqlarından biri iş və ailə həyatlarını necə tarazlaşdıracaqlarını bilməməkləridir. İş həyatında yüksəlməyə başlayan qadınlar eyni vaxtda uşaq dünyaya gətirmək yaşına gəlirlər.

İş və ailə həyatını balanslaşdırmağın ən yaxşı yolu analıq məzuniyyəti, şirkət dəstəkli uşaq baxımı, işçiyə uyğun iş proqramı, ailə səhiyyə yardımları kimi siyasəti olan bir şirkət tapmaqdır.

 

5 – HAQSIZ ƏMƏK HAQQI ÖDƏNİŞİ İLƏ MÜBARİZƏ

İdarəetmə və inzibati vəzifələrdə çalışan qadınların sayı hər keçən gün artsa da bərabər ödəniş mövzusunda hələ problemlər vardır. Eyni işi etsələr belə qadınların kişilərə görə daha aşağı maaş almağı narahatedici haldır. Ədalətsiz maaş ödənişi ilə mübarizə etmək üçün:

Eyni xüsusiyyətlərə sahib və oxşar mövqelərdə çalışan digər kişi və qadınların nə qədər qazandığını araşdırın.

Ödəniş təklifi ilə dərhal razılaşmayın. Başlanğıc təklif olaraq təqdim etdikləri ödənişi düşünün və az olduğu halda bunu bildirin.

 

6 – ÖZÜNÜZƏ GÜVƏNİN

Uğurlu bir iş qadını olmaq istəyirsinizsə, özünüzə və bacarıqlarınıza güvənməlisiniz. Özünüzü necə təqdim etsəniz, insanlar da sizi elə tanıyacaqlar. Özünüzə güvəndiyinizi göstərsəniz, insanlar da özünüzdən əmin olduğunuza inanar.

 

7 – İDDİALI OLUN

İş həyatındakı qadınlarla bağlı ən geniş yayılmış fikir onların emosional və zəif varlıqlar olduğudur. Bu yanlış fikirlərin öhdəsindən gəlməyin ən yaxşı yolu bunların əksini sübut etməkdir. Uğurlu bir iş qadını olaraq hörmət görmək istəyirsinizsə, iddialı olmalısınız.

 

8 – TƏNQİDLƏRİN ÖHDƏSİNDƏN UĞURLU ŞƏKİLDƏ GƏLİN

Tənqidlərin öhdəsindən gəlmək və tənqidləri uzaqlaşdırmaq həyati əhəmiyyət daşıyır. Bununla birlikdə faydalı tənqid və kəskin tənqid arasında da böyük fərq vardır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir