usaqlar

Uşağı varlı şəxs kimi yetişdirməyin ÜSULLARI

Baxış sayı: 1. 638

“Rockefeller & Co.” şirkətinin başçısı Devid Rokfeller uşaqları gələcəkdə zəngin şəxsiyyət kimi yetişdirib, həyatda layiqli yerini tutmağın üsullarını açıqlayıb.

Beləliklə, tarixin ilk dollar milyarderi Con Rofellerin nəticəsi olan kiçik Devid Rokfeller bu fikirlərini təqdim edirik:

Devid ilk dəfə dünya mediasının diqqətini öz üzərinə çəkərək, varlanmağın yollarını açıqlayıb. Milyarderin fikrincə, bu məsləhətlər istənilən maddi durumda olan ailələrin işinə yarayacaq. Con Rokfeller “Standart Oil” şirkətini 1870-ci ildə qurub. Həmin vaxtdan uzun müddət keçməsinə baxmayaraq, ailə öz kapitalını nəinki stabil saxlamağı hətta üzərinə böyük sərmayə qoymağı bacarıb. Bu gün Rokfeller ailəsinin 170 davamçısı var. “Forbes” jurnalına görə, onların ümumi kapitalı 11 milyard dollar məbləğindədir.

Devidin sözlərinə görə, bu bir sıra ailə prinsiplərindən qaynaqlanan keyfiyyətdir.

Ailə görüşləri

Rokfeller ailəsinin bütün üzvləri mütləq ildə iki dəfə görüşüb, birgə zaman keçirməlidirlər. Bu görüşlərə heç bir Rokfellerin gəlməmək hüququ yoxdur. Həmçinin ailəyə məxsus internet forumunda 21 yaşdan yuxarı olan bütün Rokfellerlər iştirak edir. Bizneslə bağlı bütün mühüm qərarlar verilir.

Ailənin tarixi

Devid ulu babasının övladları ilə birgə yaşadığı evə hələ də tez-tez getdiyini vurğulayır. Ailəmizə aid bütün dəyərləri hər şeydən üstün tutur, ən xırda detalı belə qoruyub, saxlayırıq.

Ailə monopoliyasının olmaması

1911-ci ildə ABŞ hökuməti ailədən şirkəti daha kiçik firmalara bölməyi tələb etdi. Məhz bu addımdan sonra ailənin sərvəti nəinki daha da artmağa başladı, həmçinin ailə üzvləri arasında münaqişə təhlükəsinə son qoydu.

Xeyriyyəçilik

Devid Rokfellerin sözünə görə, ailənin ən böyük sirlərindən biri də uşaqlara erkən yaşda aşılanan xeyriyyəçilik keyfiyyətidir. “Yaxşı xatırlayıram, 10 yaşım vardı, məktəb xərcliyimi xeyriyyəyə xərclədim” deyə Rokfeller bu addımın önəmindən bəhs edib. Bugün ailənin qurduğu bir neçə xeyriyyə fondu fəaliyyət göstərir ki, onlara da 5 milyard dollar sərmayə ayrılıb.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir