xestelik

Uşaqlarda ən çox bu infeksiyalara rast gəlinir

Baxış sayı: 837

“Bu gün uşaqlarda ən çox yuxarı tənəffüs yollarının xəstəliklərinə rast gəlinir. Bunlar respirator infeksiyalardır”. Bunu Azərbaycan Tibb Universitetinin elmi işlər üzrə prorektoru, universitetin Terapevtik və pediatrik propedevtika kafedrasının dosenti, pediatr Rauf Bəylərov deyir. O bildirir ki, bu xəstəliklər fəsil dəyişikliklərindən sonra həmişə artır.

Onun sözlərinə görə, yay fəslini nəzərə alaraq mədə bağırsaq pozuntuları da qeydə alınıb, bu hallar isə ikinci yerdə gəlir.

Mütəxəssis bildirir ki, son 10 illə müqayisədə respublikada görülən tədbirlər nəticəsində bu xəstəliklərin sayında azalma müşahidə olunur.

R. Bəylərov, həmçinin qızılca xəstəliyinin qonşu ölkələrdə daha çox qeydə alındığını açıqlayıb: “Hətta Amerika və Avropada da qızılcaya rast gəlinir. Bizdə isə uğurlu peyvəndləmə ilə əlaqədar bu say azalıb”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir