azer bagirov

Utancaqlıq, yoxsa sosial fobiya? – “SEANS VAXTI”

Baxış sayı: 175

Başqaları tərəfindən ələ salınacağı, onların yanında biabır olacağı, və ya utanacağı bir vəziyyətə düşəcəyi qorxusuyla sosial yerlərə getməkdən çəkinmək, insanlarla ünsiyyət qurmaqdan qorxmaqla özünü göstərən sosial fobiya, insanların həyat keyfiyyətini və unsiyyət qabiliyyətlərini aşaği salır.

Sosial fobiyada insanın əsas qorxusu, başqalarının yanında biabır olmaq, utanmaq və bunun qarşı tərəfdən hiss edilməsi, səhv bir şey edib, gülünc vəziyyətə, sıxıntıya düşmək fikridir. Sosial fobiası olan insanlar digər insanlar tərəfindən  yanlış olaraq, özünü bəyənmiş, özünü çəkən və ya tam tərsinə özünə qapanıq, utancaq olaraq dəyərləndirilə bilər. Bu isə insanların onlardan uzaq durmasına səbəb olur. Əksinə, sosial fobiası olan insanlar ünsiyyət qurma qaydalarını bilirlər və çox zaman təhsilli və zəka səviyyəsi yüksək insanlar olurlar. Bu insanların mükəmməlliyətçiliyi səbəbindən özlərindən, öz performanslarından gözləntiləri yüksək olur. Bu gözləntilərini qarşılaya bilməmək təşvişi ilə sosial mühitlərdə rahat ola bilmirlər və çox zaman sosial mühitlərə məcbur qalmadıqca girməməyə çalışırlar

Ən çox rastlanan sosial fobiyalar başqalarının yanında danışmaq, yemək yemək , yazı yazmaq, ümumi tualetlərdən istifadə etmək, iclaslarda iştirak etmək, iclaslarda söz almaq və ya sual verməkdir. Bundan başqa, biriylə mübahisə etmək, telefonla zəng etmək, qonaq qarşılamaq, hər hansı işlə məşğulkən başqaları tərəfindən izlənmək, cəmiyyətdə söz demək də sosial fobiyalara aiddir. Eyni zamanda, sosial fobiyası olan insanlar cəmiyyət içində onların təşvişinin anlaşılmasından və gülünc hala düşəcəklərindən qorxurlar.

Sosial fobiya zamanı qorxu hissi gəldikdə nə baş verir :

Ürəkdöyüntü ( 79%)

Titrəmə (%75)

Əzələlərdə gərginlik (64%)

Mədədə burulma hissi (63%)

Ağızda quruluq (61%)

İsti basması və ya üşümək (57%)

Başqa təzyiq hissi və ya ağrı halları baş verir.

 

Sosial fobiya cəmiyyətdə çox sıx rast gəlinən psixiatrik pozuntu olmasına baxmayaraq, insanlar tərfindən psixiatrik pozuntu olaraq qəbul edilmir və çox vaxt bu haldan əziyyət çəkən insanlar həkimə müraciət etmirlər. Adətən, bu problem yeniyetməlikdə başlanır və 40 yaşına doğru azalır. Sosial fobiya insan həyatının ən bacarıqlı dövründə (17-40 yaş ) ortaya çıxdığı üçün, bu şəxslər istər təhsilində, istərsə də iş həyatında yetərincə uğur əldə edə bilmirlər, baxmayaraq ki, zəka bəradə həmyaşıdlarından heç də geri qalmırlar.

Pasientlərin müalicəyə getməmək səbəbləri bu qaydada sıralanır:

1) Utancaqlığının səbəbi xasiyyətidir

2) Bu vəziyyət psixiatrik pozuntu deyil

3) Özünə uyğun problemin sanki ” həllini ” tapmışdır.

 

Sosial fobiyası olan insanlara səslənərək , demək istəyirəm ki, bu müalicə olunan problemdir, həyatınızı qəlizləşdirməyin, gözəl yaşamağı öyrənin, bu sizin haqqınızdır. Müalicə edilməyən sosial fobiya problemi insanın həyatında bir sıra zərərli vərdişlərə yol aça bilər. Bunlardan :məktəbdə bacarıqsızlıq, ixtisasda çatışmamazlıqlar, münasibət qura bilməmək, qarşı cinsdən olan biriylə əlaqəyə girə bilməmək, həddindən çox spirtli içki içmək, depressiya və intihara təşəbbüs kimi hallar daha çox rast gəlinənlərdir.

 

Psixiatr, Uzman Həkim Azər Bağırov




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir