menzil

Yaşayış yerinin çıxarış sənədi itibsə, onu yenidən necə əldə etmək olar?

Baxış sayı: 339

Evinin və ya torpağının çıxarışının olmaması ilə birgə, çıxarışı olduğu halda bu sənədi uzun illər öncə itirən, daha sonra da nə edəcəyini, kimə üz tutacağını bilməyən vətəndaşlar var. Əvvəllər hansısa müvafiq icra orqanlarına yönəlib, qeydiyyatda olduğu evinin çıxarışını “görüm-baxım”la həll etmək istəyənlərə elə ən böyük çətinliyi həmin icra orqanları yaradırdı. Vətəndaşa bir çıxarış vermək üçün ona necə deyərlər, “min dərədən su daşıtdırırdılar”. Hətta indi özünündə də bəzi vətəndaşlar onlara çətinlik yaradılacaq, yaxud onlardan külli miqdarda pul tələb olunacaq narahatlığı ilə ümumiyyətlə sənədi almaqdan vaz keçir.

 

Bəs prosedur necədir?  Vətəndaş qanuna müvafiq olaraq hansı dövlət orqanına yaxınlaşmalı, çıxarış barədə hansı prosedurları həll etməlidir?  Bunun üçün xüsusi rüsuma gərək varmı?

 elnur ferzeliyev

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirir ki, indi itmiş və ya yararsız vəziyyətə düşmüş çıxarışı almağın çox sadə yolu var: “Bu proses indi çox asan şəkildə həll olunur. Telefona “mygov” proqramı yüklənir və çıxarış kimin adınadırsa, həmin şəxsin fin kodu ilə bütün rəsmi çıxarış və sənədləri orada görmək olar. Bundan sonra vətəndaş şəxsiyyət vəsiqəsi ilə ASAN Xidmətə müraciət edərək, çıxarışın nüsxəsini əldə edə bilər. Çıxarışla bağlı artıq ikinci nüsxə verilmir. Çünki çıxarışlar artıq QR kod ilə verilir. Beləliklə, vətəndaş ASAN Xidmətə müraciət edərək, onu asanlıqla əldə edə bilər” – deyə, əmlak məsələləri üzrə mütəxəssis qeyd edir.

 

Mətin Şükürlü




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir