1469091472_13706079_1024781997640623_141610384_n

USM müayinəsi zamanı əsasən hansı problemlər aşkarlanır? – MÜSAHİBƏ

Baxış sayı: 11. 296

Tibb mövzularında müxtəlif sahələr üzrə çalışan həkimlərlə müsahibələrimizi davam etdiririk. Budəfəki qonağımız “Unikal” klinikanın ultrasəs müayinəsi həkimi Elim Yusupovdur. Onunla USM müayinəsinin əsas özəllikləri, bu müayinə zamanı rast gəlinən çətinliklər, ən son cihazlar və sair mövzular barədə söhbət etdik.

 

– Elim həkim, USM müayinələri nə zaman təyin olunur? Xəstə könüllü özü hansı müddətdən bir bu müayinədən keçməlidir?

– Əvvəlcə USM nə deməkdir ondan danışaq. Ultrasonoqrafiya yüksək tezlikli səs dalğalarından istifadə etməklə insan vücudundakı daxili orqanlarının görüntülənməsi deməkdir. Beş duyğu hissimizdən biri olan eşitmə “səs” ilə həyata keçirilir. İnsan hər səsi eşitmir. Ancaq 20-20000 Hertz arasındakı məlum səsləri eşidə bilər. İnsanın duya bilməyəcəyi səs sərhədi olan 20000 Hertz-dən yuxarı səslər tibdə tətbiq edilir. Bu tətbiqə USM deyilir. USM-də rentgen və bəzi zərərli şüalardan istifadə edilmir. USM daha çox qaraciyər, öd kisəsi, mədəaltı vəzi, dalaq, böyrəklər, sidik kisəsi, prostat, uşaqlıq və yumurtalıqlar kimi iç orqanlarının görüntülənməsi üçün istifadə edilir.

Bununla birlikdə ultrasəs bədənin digər orqanlarının – beyin, göz, tireoid, süd vəziləri, xayalar, timus kimi orqanların müayinəsi üçün istifadə edilir. Ultrasəs müayinəsinə gələn pasientlərin əksəriyyətinin şikayəti qarın bölgəsindəndir. Qaraciyər və dalaq kimi orqanların böyüməsi, öd kisəsi və böyrək daşları, appendisit, yumurtalıq kistaları və qarın içi şişləri ultrasəs ilə dəqiqləşdirilən xəstəliklərdəndir. Beləliklə, USM-in vacib olduğu hallar bunlardır:

– Qarında bir neçə saat əvvəl başlamış və davamlı ağrı

– Ağrılı, qanlı sidiyə çıxma, kəsintili sidik ifrazı. Bu zaman bulantı və qusma halları da ola bilər

– Gözlərin və bədənin saralması, qarnın sağ üst tərəfində ağrının olması

– Ailədə böyrək xəstəlikləri, böyrək daşı, şəkər xəstəliyi və s. kimi xəstəliklərin olması

– Həzmin normal olmaması

– Yol nəqliyyat hadisələri və ya qarına küt alətlə travma aldıqda

– Ümumi check-up müayinə

– Qadınlarda kiçik çanaqda kəskin ağrılar, qanaxmalar

– Hamiləlik, dölün inkişafını izləmək. Hamiləlik zamanı qarında ağrıların olması, qanaxma. Döldə ola biləcək qüsurların erkən diaqnostikası

– Qalxanabənzər vəzinin xəstəlikləri

O ki qaldı pasientin neçə müddətdən bir USM-dən keçməsinə. Onu demək istəyirəm ki, sağlam yaşamaq və hər hansı bir xəstəliyin daha erkən aşkarlanması üçün hər 6 aydan bir, yaxud da heç olmasa, ildə bir dəfə bu müayinədən keçmələri şərtdir.

 

– Hansı orqanları bu müayinə zamanı çətinliklə yoxlamaq olur? Buna səbəb nədir? Ümumiyyətlə, bu zaman hansı çətinliklərlə qarşılaşırsınız?

-Adətən, havalı orqanların müayinəsi çətinlik törədir. Buna səbəb onlarda qaz kütlələrinin olmasıdır. Ümumiyyətlə, USM-nin keyfiyyətli olmasına problem yaradan bir çox hallar var. Misal olaraq, bağırsaqlarda qaz və ya son iki gün ərzində aparılmış rentgen müayinəsindən sonra bağırsaqlarda qalan Baryum kimi kontrastlı maddələrin olması, şişman şəxslərdə dərialtı piy qatının daha çox olması, habelə müayinə aparılacaq bölgədə açıq yaranın olması çətinliklər yaradır. Müayinə zamanı pasientin hərəkət etməsi də işimizə mane olan səbəblərdəndir. Amma bu daha çox uşaqlarda olur.

 

– Klinikanızda hansı son model aparatlar var? Bu aparatların əsas üstünlüyü nədir?

– Çalışdığım “Unikal” klinikada son model ultrasəs cihazı olan General Electric firmasının Voluson E8 aparatıdır. Bu, həkim üçün tam əlverişlidir. Adıçəkilən cihazlarla bütün iç orqanlar, tireoid və süd vəziləri, ginekoloji orqanlar, hamiləlik, o cümlədən dölün doppler və 4D müayinəsi aparılır. Bu cihazla döldə ola biləcək qüsurların daha dəqiq təşhisi mümkündür.

 

– USM müayinəsinə gəlməyə hazırlaşan pasient nə etməlidir, yəni buna necə hazırlaşmalıdır?

-Təcili haldan başqa qarın boşluğunun müayinəsi zamanı pasientin 12 saat öncədən ac olması, bir gün öncədən köp verə biləcək qida məhsullarının uzaq durmaları;

Böyrək, sidik kisəsi, prostat vəzi və başqa ginekoloji USM-dən öncə 1.5-2.5 litr maye qəbul edərək sidik kisəsinin doldurulması vacibdir. Ginekoloji orqanların müayinəsi müayinəsi üçün hər hansı bir hazırlıq lazım deyil. Tireoid , süd vəziləri, hamiləlik zamanı USM üçün də hazırlıq gərəkli deyil.

 

– Həkim kimi çalışdığınız müddətdə yəqin ki başınıza qeyri-adi, yaxud məzəli hadisələr gəlib. Onların 1-2 dənə ən maraqlısı ilə bizimlə bölüşəsiniz şad olarıq.

– Çox olub. Dəqiq yadımda deyil. Bir dəfə 2 yaşlı oğlan uşağını müayinə edirdim. Prostat vəziyə baxdığım zamanı dedim ki, kişidir bu, prostatı da var. Bunu eşidən ata hay-küy saldı ki, doktor, Siz nə danışırsınız uşaqda prostat vəzi olmur axı. Dedim ki qardaş prostat vəzi olmazsa əgər, sizin oğlunuz kişi olmaz.

 

– Son olaraq tibbi sığorta problemləri barədə fikirlərinizi bilmək maraqlıdır.

– Onu deyə bilərm ki , bizdə də tibbi sığorta olsa, əla olar. Xəstəliklərin erkən diaqnostikası və onların erkən müalicəsi olardı. İnşa Allah, güman edirəm ki, olacaq. (Xeberle.com)

 

Söhbətləşdi: Elnur Ağayev

 

P.S. Həkim maraqlı olacağını nəzərə alaraq dölün 4D şəkillərini təqdim edib

Sumqayıtda USM müayinəsi zamanı əsasən hansı problemlər aşkarlanır? - MÜSAHİBƏ

Sumqayıtda USM müayinəsi zamanı əsasən hansı problemlər aşkarlanır? - MÜSAHİBƏ

Sumqayıtda USM müayinəsi zamanı əsasən hansı problemlər aşkarlanır? - MÜSAHİBƏ




2 şərh “USM müayinəsi zamanı əsasən hansı problemlər aşkarlanır? – MÜSAHİBƏ

  1. Ramin

    Tibbi sigorta vacibdir, amma biz de tetbiq elemek fikirleri yoxdur. eger tibbi sigorta olsa insanlarimiz sag salamat olar.

    Cavabla

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir