usaq

Azərbaycanda sığınacaq axtaran əcnəbi uşaqlarla bağlı STATİSTİKA

Baxış sayı: 1. 454

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) Azərbaycandakı nümayəndəliyi tərəfindən qeydiyyata alınan qaçqın və sığınacaq axtaran şəxslər arasında 18-59 yaşlı insanlar üstünlük təşkil edir.

Nümayəndəlikdən bildirilib ki, fevral ayının sonuna olan məlumata görə, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) Azərbaycandakı nümayəndəliyi tərəfindən ölkədə 1423 qaçqın və sığınacaq axtaran şəxs qeydiyyata alınıb. Onların 675 nəfəri Əfqanıstan, 532 nəfəri Rusiya (99 faizi çeçendir, 1 ailə azərbaycanlıdır) ), 63 nəfəri İranı, 46 nəfəri Pakistan, 23 nəfəri isə Suriya vətəndaşıdır. Qalan 59 nəfər isə digər dövlətlərin vətəndaşlarıdır:

“Azərbaycanda qeydiyyata alınan qaçqın və sığınacaq axtaran şəxslərin çoxu Rusiya və Əfqanıstan vətəndaşlarıdır. Rusiya vətəndaşları o zaman rus-çeçen müharibəsinə görə Azərbaycana gəlmişdilər. Onların böyük əksəriyyəti artıq geri qayıdıb, az bir hissəsi isə burada qalıb. Əfqanıstanda isə müharibə hələ də davam etdiyindən sığınacaq axtaran şəxslər geri qayıda bilməyiblər”.

Nümayəndəlikdən bildirilib ki, BMT QAK tərəfindən Azərbaycanda qeydiyyata alınmış qaçqın və sığınacaq axtaran şəxslərin 59 faizi kişilər, 41 faizi qadınlardır.

Qaçqın və sığınacaq axtaran şəxslərin 35 faizi yaşı 17-dək olan uşaqlar, 65 faizi 18-59 yaşlı, 4 faizi yaşı 60-dan çox olan şəxslərdir: “Qaçqın və sığınacaq axtaran ailələrin uşaqlarının təhsil alması üçün Azərbaycan hökuməti tərəfindən lazımi dəstək göstərilir. Bu istiqamətdə Təhsil Nazirliyi ilə uzun müddət davam edən əməkdaşlığımız var. Bu uşaqların sənədləri tam olmasa belə, onların orta məktəblərə qəbul olunması üçün heç bir problem yaradılmır”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir