USAQ

Bağırsaq sancıları zamanı körpəyə necə kömək etməli?

Baxış sayı: 1. 671

Körpənin sakitliyi və təbəssümü valideynlər üçün hər şeydən önəmlidir, ancaq təəssüf ki, balacanın qarnındakı sancılar hamının qarşısına çıxır. Bu bəzən körpənin həyatının ilk günlərindən baş verir və onu narahat edərək bir çox problemlər oyadır.

Bağırsaq sancılarının əlamətləri   çox zaman əmizdirmə zamanı təzahür edir, uşaq qəflətən qışqırır, tez-tez və əsəbiliklə əmməyə başlayır, buna görə də hava udur, bu da bağırsaqlara dolaraq qaz əmələ gətirir. Nəticədə yedizdirmə sona çatanda körpə bağırsaqlarında bərk ağrılar hiss edir ki, bu da hıçqırmalara və hətta qusmağa səbəb ola bilər. Sancılar zamanı körpələr çox zaman ayaqlarını qıçlarına tərəf yığaraq ağlayırlar.

Çox zaman bağırsaq sancıları məhz ana südü ilə qidalanan yeni doğulmuş körpələri narahat edir. Heç kim üçün gizli deyil ki,  ananın yediyi hər bir şey süd ilə körpəyə keçir. Nəzərə almaq lazımdır ki, yeni doğulmuş körpənin mədə-bağırsaq yolu hələ formalaşma mərhələsindədir və bu dövrü maksimum ağrısız keçməyə kömək etmək məhz sizdən – qayğıkeş analardan asılıdır. Qaz yaranması və qıcqırmanı azaltmaq üçün analar öz qidalarına diqqətli olmalı, körpənin qarnında sancılar yarada bilən məhsullardan ehtiyatla istifadə etməlidirlər.

Əgər tibbi preparatlardan istifadə etmək istəyirsinizsə, həkimlə məsləhətləşməyi unutmayın. Onu həkim təyin etməlidir, hətta spazmaları, ağrıları kəsməyə, uşağın bağırsaqlarında qaz yaranmasını azaltmağa kömək edən və heç bir qorxusu olmayan nanəli və ya şüyüdlü çaydan da onun məsləhəti ilə istifadə edin.

Əgər balacanın qarnı ağrıyırsa, əlavə istilik də ağrıları azalda bilər. İsti qrelka və ya içərisində isti su olan şüşəni əlinizin üstünə qoyun, sonra isə körpənin qarnını əlinizə sıxaraq onunla gəzişin.  Bunu körpəni yırğalaya-yırğalaya da edə bilərsiniz: içərisində su olan şüşəni bazu önünə qoyun, sonra balacanın qarnını ona sıxmaqla qucağınızda tutun və yırğalayın. Körpəni tez-tez qarnı üstünə qoyun, bu yolla özünü masaj baş verəcək. Sizin köməyinizlə ayaqların qarına tərəf yığılması və istənilən aktiv hərəkət körpəyə qarnında yığılmış qazlardan azad olmağa kömək edəcək.

Körpələrin qarnını masaj etmək üçün «Weleda»nın xüsusi yağları mədə-bağırsaq yolunun funksiyasının normallaşmasına kömək edir, onun tərkibinə daxil olan təbii yağlar isə sakitləşdirici effektə malikdir və qida həzmini stimullaşdırır. Mayoran, Roma çobanyastığı və hil təbii yağları qədim zamanlardan metabolik proseslərin bərpası üçün istifadə edilmişdir. Körpələrin qarnını masaj etmək üçün nəzərə tutulmuş «Weleda» yağı təbii spazmolitik  kimi təsir göstərir, yüngül badam yağı və mayoran, çobanyastığı və hil efir yağlarının təsiri sayə\sində uşağın vəziyyətini xeyli yüngülləşdirir. Belə masaj xoş sakitləşdirici effekt verir və qida həzmini stimullaşdırır. Bu yağlardan istifadə etməklə yüngül profilaktik masaj köp yaranmasının qarşısını alır, körpə narahatlıq hiss etdikdə isə masaj vasitəsilə onun sancılarını tezliklə çıxara bilərsiniz.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir