makiyaj

Gündəlik payız makiyajının hiylələri

Baxış sayı: 1. 583

Makiyaj qadınlar üçün vacib amillərdəndir. Sanki üzün “qarderob”udur. Bu “qarderob”a  gündəlik, gecə, iş kimi müxtəlif makiyaj növləri daxildir. Bu yazıda sizinlə mövsümə uyğun olaraq gündəlik payız makiyajından hiylələri bölüşürük.

Makiyaja üz bazı ilə başlayırıq. Amma çölə çıxmamışdan yarım saat əvvəl baz istifadə etməmişdən öncə üzünə nəmləndirici krem uyğulamaq vacibdir.

Makiyaj prosesinə ilk olaraq gözlərdən başlamaq lazımdır. Çünki gözlərdən deyil, üzdən başlayanda tonal krem uyğulanır və sonra gözləri makiyaj edəndə göz kölgəsinin tozları tonal kremə yapışıb qalır. Ona görə də yaxşı olar ki, bir qayda olaraq gözlərdən başlayasınız.

Əgər gözləriniz qıyıqdırsa və gözlərini cəlbedici şəkildə iri göstərmək istəsən ağ (nude) qələmdən düşünmədən istifadə edə bilərsniz. Gözləri vurğulamaq üçün isə qara göz qələmi ilə kipriklərin diblərindən nazikcə xətt çəkilir. Qara göz qələmini gözlərin uc hissəsinən başlayaraq gözlərə çəkmək lazımdır. Tuş çəkərkən isə tuşu kipriklərin diblərindən başlayaraq çəkmək lazımdır. Belə etdikdə tuş kipriklərdə bərabər şəkildə paylanır və həcmlənir.

Kipriklərlə iş bitdikdən sonra əsas məsələ qaşlara gəlir. Qaş üçün olan kölgələrdən xanımların qaşlarına uyğun olan fırça ilə çəkilməli və forma verilməlidir. Budur, gözlər hazırdır. İndi isə növbə üzdədir. Üz makiyajına isə tonal kremlə keçid edirik.

qas

Tonal krem istifadə edərkən diqqətli olmaq lazımdır. Uğurlu tonal krem seçməyin də hiylələri var. Dərinin rənginə uyğun tonal krem seçmək üçün onu alarkən üzdə deyil, çənə hissədə yoxlamaq lazımdır. Çünki boyun hissəyə daha yaxın çənədir. Amma yaxşı olardı ki, gündəlik tonal krem əvəzinə organik tərkibli BB və CC kremlərindən istifadə edilsin. Çünki bu tip kremlər dəridəki ləkələri örtməklə bərabər, həm də onu qidalandırır.

Üzə tonal krem uyğulandıqdan sonra göz altına concealer çəkilir. Burada da incə bir məqam var. Belə ki, concealer-ı göz altına çəkərkən gözlərin dibindən yox, uc hissəsindən başlayıb dibə doğru getmək lazımdır. Çünki bu zaman gözaltı ağ rəngdə “yamaq” kimi görünməyəcək. Və concealer-i həmişə tonal kremdən sonra uyğulamaq lazımdır.

Makiyaj prosesində tonal krem və conselar çəkildikdən sonra kirşan çəkilir.  Gündəlik makiyajda kirşan yaxşı olardı ki, quru dərisinə sahib olanlar istifadə etməsin. Amma əgər istifadə edilirsə mütləq az bir miqdarda sadəcə vurğulamaq funksiyası kimi istifadə edilsin.

Kirşandan sonra isə ənlik uyğulanması lazımdır. Ənliyi peşəkarlar kimi çəkmək istəyirsinizsə, ənlik çəkərkən şəhadət barmağını almacıq sümüklərinin altında qoymalısınız. Təxmini dodağın uc hissəsi ilə qulağın yuxarı hissəsini əhatə edəcək şəhadət barmağınız. Və ənlik fırçansını bu hissədə yüngülcə hərəkət etdirib almacıq sümüklərini üzə çıxarmalısınız.

Daha sonra iş üzü işıqlandırmağa gəlir ki, burada highliter-dan istifadə edilməsi məsləhətdir. Highliter-ı da çalışmaq lazımdır ki, üzün bütün hissələrinə çəkməyəsiniz. Sadəcə almacıq sümüklərinin alt hissəsinə, çənəyə, buruna, azca yanaqlara uyğulamaq lazımdır. Və diqqət etmək lazımdır ki, hightliter az miqdarda olsun.

Bütün bunlardan sonra gəlirik makiyajımızın finalına – dodaq boyası çəkilişi prosesinə. Dodaq boyası uyğulamamışdan öncə dodaqları nəmləndirmək lazımdır. Bunun üçün dodaqlar üçün olan balzamlardan və ya təbii vasitə olan baldan istifadə etmək olar. Sonra isə dodaq boyası çəkilməlidir. Dodaq boyası çəkərkən də prosesə dodaq üçün olan kontur qələmlə başlamaq lazımdır. İstifadə edilən dodaq boyası çalarında kontur qələm seçilməlidir. Və dodaqlar dolğun görünsün deyə konturlanır. Amma xəfifcə konturlamaq lazımdır. Dodaq boyasına gəlincə isə payız dəbinə uyğun boyalar olmalıdır. Məsələn, çaxır, bordo, qəhvəyi bordo, qırmızı və açıq qəhvəyi ola bilər. .  Budur gündəlik payız makiyajı hazırdır. Bu makiyajla işə də rahatlıqla getmək olar.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir